Millət vəkilindən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ


Millət vəkilindən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

Milli Məclisin üzvü, VHP sədri Sabir Rüstəmxanlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Cebhe.info xəbər verir ki, VHP sədri türkdilli dövlətlərdən olan dostların çevrəsini genişləndirməyin vacib olduğunu vurğulayıb:
“Özbək, qazax, türkmən, qırğız, tatar, türk, Güney Azərbaycanlı tanışlarımızı Azərbaycan sosial media səhifələrinə dəvət edək. Hər kəs öz dilində, öz ləhcəsində yazsa da, bir- birimizi anlamağın çətin olmadığını görəcəksiniz!
Bu yolla qardaş ölkələrin ictimai, siyası, mədəni həyatı haqqında daha çox bilgi alarıq və əlaqələrimiz daha da genişlənər”.
Sabir Rüstəmxanlı bu işin artıq başlandığını qeyd edib: “Türkiyə və Özbəkistandan olan dostlarımız və həmkarlarımızla ilişkilərimizin ildən-ilə genişlənməsi örnək sayıla bilər”.
Tarix: 19-01-2021, 11:31
Xəbəri paylaş



Xəbər lenti