Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun Londondakı kolleksiyasına aid ASL(*)NOV seriyalı bahalı avtomobilləri ictimaiyyətə yaxşı məlumdur. Rafiq Aslanov Londonda yaşayan oğlu Afiq Aslanov üçün manat ekvivalenti ilə təxminən 1 milyona ikinci mənzil (mülkiyyət nömrəsi SY793665) alıb. Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.
Rafiq Aslanov ölkənin hazırda mövcud olan 3 dövlət su şirkətinin əsasında yeni yaradılacaq vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir.
Fotoları təqdim edirik
Tarix: 19-01-2021, 08:17