“Mən o köpəklərə heç vaxt xidmət etmədim” - Mübariz Mənsimov DANIŞDI

Hazırda Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxılır.


Bu barədə Modern.az-a məlumat verən “Palmali Holding"in mətbuat xidmətinin rəhbəri Fidan Quliyevanın bildirib ki, M.Mənsimova məhkəmədə söz verilib.

"Məni həbs etmək, terror şəbəkəsinin çörəyinə yağ sürtməkdi. Mən heç bir zaman FETÖ-çu olmadım, deyiləm, ola da bilmərəm! Təxliyəmi istəyirəm! Mən heç bir zaman dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim burda həbsdə 10 ay qalmam şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdə. Orada olanlar azərbaycanlı və türklərdi. "Palmali"nin iflasa gəlməsi Türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada gedən şirkətlərdən biri idi. Bu bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə FETO damğası kimsə vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Eləydisə, bu günə qədər məktəb, xəstəxanaları hansısa vəqfə və ya bu örgütə hədiyyə edərdim. Mən bütün hamısını inşa etdirdim və dövlətə təslim etdim",-  deyə M.Mənsimov bildirib.

Tarix: 13-01-2021, 16:39
Xəbəri paylaş



Xəbər lenti