" "yetimin" birini 40 min dollar satarkən saxlayıblar, hay-küy qoparıblar..." -İqtisadşı etiraz edir..

 


" "yetimin" birini 40 min dollar satarkən saxlayıblar, hay-küy qoparıblar..." -İqtisadşı etiraz edir..
"Bu gün bütün xəbər saytları bu məsələdən yazıb, "yetimin" birini 40 min dollar satarkən saxlayıblar, hay-küy qoparıblar. Nə cinayət edib ki, bu şəxs?! Valyuta da məhsuldur, alqı-satqı predmetidir, qiyməti alıcı ilə satıcı arasında razılaşma yolu ilə müəyyən edilir - niyə həbs edirsiniz ki?! Tutalım mən sabah cibimdə olan, əvvəl aldığım 200 dolları 1.80 məzənnəsi ilə qonşuma satacam - cinayyətdi ki, bu?!"
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb. Daha sonra ekspert yazır:
"Qanunda varsa, zay qanundu, dəyişin, papağınızı qarşınıza qoyun və düşünün ki, axı niyə kimsə 1.74 manata dollar alsın?! Deməli, satışda dollar yoxdur, deməli zay işləyirsiniz, deməli ajiotaja siz özünüz zəmin yaradırsınız! Bankda dollar satma, satışa qadağa qoy, minbir əngəl yarat, qeyri-qanuni tələblər irəli sür - adını da qoy ki, mən manatı qoruyuram! Allah kəssin sizin məzənnə siyasətinizi, zorla, diktə ilə, alışı sıxmaqla da məzənnə saxlayarlar?! Demirsiz ki, manata təhlükə yoxdur?! Xub, bunun sübutu
BÜTÜN əngəlləri qaldırmaqdır, satışa məhdudiyyəti götürməkdir, xaricə pul köçürməyə əngəl yaratmamaqdır! Güvən istəyirsiniz - bu addımları atın! Boş sözlə güvən yaranmaz! Sən rəsmi satışa əngəl yaratdıqca, təbii ki, qara bazar yaranacaq - o boyda qapalı, totalitar SSRİ bunun qarşısını ala bilmədi, heçmi dərs çıxartmadınız?!
Nə bilim ala..."
Tarix: 13-01-2021, 11:10
Xəbəri paylaş



Xəbər lenti