Generalın oğlunun avtomobil kolleksiyası - FOTOLAR


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlunun avtomobil kolleksiyası müzakirə mövzusuna çevrilib.


Pravda.az-ın xəbərinə görə, generalın adı bir çox qalmaqalda hallanan oğlu Tamerlan Əsədullayev özünün instagram hesabında avtomobillərin fotosunu paylaşıb. Maraqlıdır ki, bütün avtomobillərinə eyni nömrəni vurub - 90 EE 017.


Məlum olub ki, bu nömrə nişanı fotolardakı avtomobillərin heç birinə aid deyil. Əslində, 90 EE 017 nömrə nişanı 2016-cı il istehsalı olan “Ford Mustang” markalı avtomobilə aiddir. Bu avtomobil Tamerlan Şərif oğlu Əsədullayevə məxsusdur və heç kimə etibarnamə verməyib.


Qeyd edək ki, Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının oğludur.


Onu da yada salaq ki, 2015-ci ilin mayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüklərinə görə gündəmə gəlmişdi. Bakıda, "Qış parkı"nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən Post Patrul Xidməti əməkdaşları sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi. Polislər isə hadisə yerinə əlavə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmışdılar və onların yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparmışdılar.


Bir il sonra isə Tamerlan Əsədullayevin adı restoranda ölümlə nəticələnən hadisə ilə bağlı gündəmə gəlmişdi. Ona Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanmışdı.


Polisdən gizlənməyə çalışan Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.


General Əsədullayevin işdən çıxarılması da oğlunun bu əməlləri ilə əlaqələndirilirdi.



BakuPost
 Fotoları təqdim edirik




Tarix: 11-01-2021, 11:47
Xəbəri paylaş



Xəbər lenti