“Vyetnam sindromu” hansı fəsadlara yol açır?- “Kriminal aləm ciddi inkişaf dövrünü yaşadı”-Psixoloq


“Vyetnam sindromu” hansı fəsadlara yol açır?- “Kriminal aləm ciddi inkişaf dövrünü  yaşadı”-Psixoloq

İkinci Qarabağ müharibəsinin veteranlarının cəmiyyətə sosial adaptasiyası ciddi problemə çevrilməkdədir. Ötən həftə Qarabağ qazisi Vüsal Musayev müalicə aldığı xəstəxanada intihar edib. Ciddi psixoloji sarsıntı yaşayan digər qazilərimiz də var və onlara psixoloji dəstək göstərilməsə xoşagəlməz vəziyyət yarana bilər.

HUMEL Psixologiya Mərkəzinin rəhbəri Tariyel Faziloğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, bu məsələ ciddi yanaşma tələb edir:
“II Qarabağ müharibəsindən geri dönən qazi və veteranların sosial adaptasiyasında rast gəlinən problemlər gözlənilən idi. Bunun yetəri qədər nümunələrini bir şox müharibədən çıxmış ölkələrdə görə bilərik. Hətta I Qarabağ müharibəsindən sonra Azərbaycanda da şahidi olmuşuq. Onu da qeyd edim ki, əgər lazımi tədbirlər görülməzsə ölkə çox ciddi problemlərlə üz üzə qalacaq. ABŞ nümunəsində Vyetnam və ya Rusiya nümunəsində Əfqanıstan sindromu kimi.
Yaxın Şərq ölkələrini misal şəkmirəm. Bu sindromlar nədir? Bu sindromlar müharibədən geri dönən əsgər və zabitlərin sosial həyata adaptasiya oluna bilməməsi və bundan qaynaqlanan aqressiyanın ciddi dağıdıcı gücə çevrilməsi sindromudur. Məhz buna görə də ABŞ-da və ya Rusiyada kriminal aləm çox ciddi inkişaf yaşadı o dövrlərdə”.
Bəs bu sindromun yaranmaması üçün bəs nə edilməlidir? Psixoloq hesab edir ki, ilk başda qazilərin bütün müalicəsini dövlət öz üzərinə götürməlidir:
“Hansısa quruma, QHT-yə etibar olunmamalıdır. İkincisi müharibədən dönən hər bir qazi və veteranlar "posttravmatik stress pozuntusuna ciddi psixoterapiya almalıdır. Sonra isə sosial adaptasiya dəstəyi görməlidir.
Bütün bunu isə geniş və kompleks tədvirlər proqramı şəklində həyata keçirilməlidir. Eyni zamanda kütləvi iformasiya vasitələri ilə xalqı psixoloji maarifləndirilməsi prosesinə təcili strart verilməlidir. Bütün bunlar təciili və ciddi bir şəkildə edilməlidir və biz hal hazırda bunları etmək üçün çox gecikirik”.
Tarix: 10-01-2021, 21:00
Xəbəri paylaş



Xəbər lenti