“Təcili Yardım məktəbdir. Məncə, yaxşı həkim olmaq istəyən 5-6 il təcili yardımda çalışmalıdır. Uzun müddət çalışanda sağlamlıq əldən gedir. 45 və ondan çox yaşı olan həkim dostların əksəriyyəti ürəyində stentlə yaşayır. Amma məcburdu, ailəni dolandırmaq üçün gərək ağır şəraitdə işləsin”.Cebhe.info xəbər verir ki, bunu tanın həkim, pediatr Vaqif Qarayev deyib.
V.Qarayev təcili yardım həkiminə “həyətin gözətçisi” kimi yanaşan varlılardan narazılığını bildirib:
“Təcili Yardım həm də həyat məktəbidir. Hər cür insanla rastlaşırsan. Xidməti həkim otağında yox, pasiyentin evində.15-20 il qabaq mən işləyən ərazidə ifrat zənginlər az idi hələ. Həkimə həyətinin gözətçisi kimi yanaşırdı haramlıqla zənginləşənlər. İndi onların sayı çoxalıb. Ürəyə “stend” həm də bu davranışa görə qoyulur. Həkimin qürurunu sındırırlar”.
Tarix: 10-01-2021, 14:26