“Mahmudovçular” Ərdoğanın düşmənlərini maliyyələşdirirlər - ŞOK FAKTLAR
Dəfələrlə, KİV-də qeyd olunmuşdur ki, Azərbaycanda Ergenekon şəbəkəsinin biznes əlagələri, maraları və şərikləri var. Bu il tanınmış araşdırmaçı -jurnalist Cavanşir Həsənli FB səhifəsində “özünü buraxmış” spiker Oqtay Əsədov və məşhur “ergenekonçu”, erqenekon hərəkatının başqanlarından biri olan Hayrettin Ertekinlə bağlı maraqlı məlumatlar paylaşmışdır.
Abşeronun deputatı Oqtay Əsədov hətta Milli Məclisinin Aparat rəhbəri Səfa Mirzəyevi də Türkiyədə məşhur “Ergenekon” davasının məhbuslarından biri olmuş, Erdoğana qarşı “söyüş” kampaniyasına rəhbərlik edən Hayrettin Ertekinlə tanış edib. Lakin, Səfa Mirzəyev anlayıb ki, Ertəkin Türkiyə dövlətçiliyinə qarşı çalışır və bu dostluqu davam etməyib. 2016-çı ildə Türkiyədə hərbi qiyam zamanı Ərtəkin Bakıya məlumat ötürmüşdür ki, “Ərdoğan getdi!”.
Hayrettin Ertekin, əslində, kimdir? Türkiyədə “məşhurların zərgəri” ləqəbi ilə tanınan Ertekin 2008-ci ildə “Ergenekon” davasında həbs edilib və 5,5 il həbsxanada yatıb. Məhkəməyə girov müqabilində azadlığa buraxılması üçün 40 dəfə müraciət edən iş adamının müraciətləri hər dəfə rədd edilib. Ertəkinin məhkəmədəki bir açıqlaması uzun zaman mətbuata gündəm olub. O, məhkəmə sədrinə üz tutaraq, azadlığa buraxılması müqabilində bütün varidatını girov qoya biləcəyini bildirib: “100 kilo qızıl, istədiyiniz qədər “kupça” və qədərini yalnız sizə deyə biləcəyim qədər pul verə bilərəm. Məhkəmələrə bir gün gəlməsəm, bütün bunlar dövlətin hesabına keçsin.” 2015-ci ildə onu Ergenekon istintaqının prokurorlardan biri Zekeriya Öz öz otağında döydürüb.
Bəlkə də, məsələnin bu tərəfi bizi çox maraqlandırmazdı. Amma maraqlandırmasına önəmli bir səbəb var. Doğrudan da, Türkiyənin indiki Prezidenti, Qarabağ savaşında Azərbaycanla bir yerdə olan Rəcəb Tayyib Ərdoğanla düşmən münasibətlərdə olan “ergenekonçuları” Milli Məclis üzvləri, prokurorluq işçiləri ilə hansı əlaqələr bağlayır? Vaxtilə, Erqenekonçular Milli Məclisində gizli görüşlər keçiriblər, o kabinetlərdə Ərdoğana qarşı danışıblar, lakin “Mahmudovun” Parlamenti buraxıldı. O Parlament buraxılan kimi Azərbaycan Qarabağda qələbə çaldı, ona görə ki orada vətən xainləri çox idi.
Həmin o görüşlərdə Ərdoğana qarşı olan qüvvələrlə hansı gizli danışıqlar gedib? Ərdoğanın özünə düşmən saydığı həmin adamlara hansı məqsədlə maliyyə dəstəyi verilib? Axı Ertekinin Ərdoğanın qurama davası üzündən 5,5 il həbs yatdığını və onu heç zaman bağışlamayacağını bəyan etdiyini Türkiyədə bilməyən yoxdur. Onun Ərdoğanla düşmən münasibətdə olduğunu Türkiyədə hər kəs bilir. Ərdoğanı söyən adam parlamentin kabinetlərinə qədər gəlib çıxmağı bacarıb. Özü də hər gəlişində onu MM XDMX-nin əməkdaşları müşayiət edib. Təsəvvür edin, bütün dünyaya səs salan “Ergenekon” davasının ən məşhur məhbuslarından biri Milli Məclisin kabinetlərində gizli görüşər keçirir, deputat və prokurorlarla şəriklik edir.
Amma qaranlıq olmayan başqa bir məsələ də var. Həmin məsələ bundan ibarətdir ki, Ertekin deputat O.Əsədov, prokurorluq işçisi Mehman Qocayevin biznes şərikidir, sosial mediada onların birgə zərgərlik, ticarət və tikinti bizneslərinin olduğu yazılır, eyni zamanda qeyd olunur ki, “Standart” bank vasitəsilə diqər Ergenekon şəbəkəsi üzvləri maliyyələşirdilərdilər. Məsələn, 2016-ci ildə Bakida olanda Ertekin Əsədovun Şüvalandaki sarayında Erdoğan höküməti haqda demişdir ki, “biz bu diktatoru və onun ətrafını mütləq devirəcəyik!”. Şüvalandaki həmin məşhur saray haqda Azərbaycanın bir neçə tanınmış jurnalisti reportajlar etdilər. Mehman Hüseynovun Şüvalandaki Anti-Ərdoğan yuvası haqda reportajı yüz minlərlə azərbaycanlı, minlərlə şəhid ailəsi və qazilərimiz izlədi.
Anti-Ərdoğan yuvasında 3 tennis kort acgözlük deyilmi?
Pandemiya dövründə camaatı qəzəbləndirən, susuz qalmış Abşeronun deputatın Şüvalan bağında 3 (!!) tennis kortu sürpriz oldu. Şəhidlərimizin ailə üzvləri işsiz, şəhərdə üfünət, kanalizasiya partlayıb, rayonlarda su yoxdur Əsədovların Türkiyədə, Nyu-Yorkda, Şüvalanda vilları isə əsas müzakirə predmetidir.
Anti-Ərdoğan qüvvələrini dəstəkləmək Eldar Mahmudovun tapşırığı idi?
Pərdə arxasında saxlanan xeyli başqa sirlər də var. Məlumdur ki, O.Əsədovun, Erqenekonçuları maliyyələşdirən Nazim Əsədov adlı qardaşı böyük korrupsiya işi ilə əlaqədar böyük həbs oluna bilər. Eyni zamanda, rüsvayçı əməlləri ilə parlament tarixini ləkələyən keçmiş spiker Oqtay Əsədovun illərdir bərabər olduğu köməkçisi və qeyri-rəsmi həyat yoldaşını Sahibə Qafarova işdən dərhal azad etmişdir. Diqər “Mahmudovçular” da işdən uzaqlaşdırılmışdır. Həmin ərəfədə, XDMX rəhbərliyi Oqtay Əsədovun qohumu Rəşadı dərhal azad etdi. O, O.Əsədovun tapşırığı ilə Eldar Mahmudovun tapşırıqlarını yerinə yetirirdi. Bir neçə deputat barədə məlumatları toplayıb təhvil verirdi O.Əsədova. O, da öz növbəsində ötürüdü məlumatları E.Mahmudova. Onun yerinə Artur Rəsizadənin keşmiş mühafizə rəisi təyin olundu.
Tarix: 5-01-2021, 10:33
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
5-08-2026, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
5-08-2026, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
5-08-2026, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar