Hansı partiyadan Vətən müharibəsində iştirak edənlər var? - “Tək oğlum cəbhədə olub; müavinim təzə gəlib...”
Vətən müharibəsində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyətinin üzvləri də iştirak ediblər.
Bu barədə Modern.az-a partiyalardan məlumat verilib.
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov əməkdaşımızla söhbətində bildirib ki, həm partiya üzvlərindən, həm də öz doğmalarından müharibədə iştirak edənlər olub:
“Azərbaycan Kommunist Partiyasının Goranboy rayon təşkilatının rəhbəri, Şəmkir rayon təşkilatının bəzi üzvləri, əslən kəlbəcərli olan Taleh Əsədov da döyüşlərdə iştirak ediblər. Birinci Qarabağ Müharibəsində də iştirak edən kommunistlər var. Məsələn, Aydın Şiriyev kimi polkovnik partiyanın sədr müavinidir. Biz komministlər Vətən uğrunda hər hansı müharibədə öndə olmağı özümüzə şərf bilirik.
Əmim oğlanları da, oğlum da döyüşdə iştirak etdi. Gözümün ağı, qarası bir oğlum var, o da vətənin keşiyində durmağı özünə şərəf bildi. Səbirsizliklə yolunu gözləyirik”.
Vətəndaş Həmrəyliyi Partiyasının Sabir Rüstəmxanlının sözlərinə görə, partiyanın 50-dən çox üzvü Vətən müharibəsində iştirak edib:
“Bəziləri hələ də müharibə bölgəsindədir və tərxis olunmağı gözləyirlər. Partiyanın mətbuat katibi Nəsimi Şərəfxanlı da daxil olmaqla qəhrəmanlıqla döyüşən üzvlərimiz var.
Mənim yaxın qohumlarımdan isə iki nəfər şəhid olub”.
Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli söyləyib ki, partiyanın 100-ə yaxın üzvü Vətən müharibəsində iştirak edib:
“Şəhidimiz də var. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Onların qəhrəmanlığı nəticəsində bu hərbi qələbəyə nail ola bildik. Bir şəhidimiz var – əslən Zəngilandan olan, Kürdəmirdə məcburi köçkün həyatı sürən Ziya bəy şəhid oldu. Bu yaxınlarda prezidentin sərəncamı ilə medalla da təltif edildi.
Müxtəlif dərəcəli yaralarla qazi olan üzvlərimiz də var. Onların ehtiyacları ilə mütəmadi maraqlanırıq. Dövlət qazilərimizə çox dəstək oldu və mütəmadi maraqlanırlar. Biz isə ictimai, publik resurslarla onlara yardıma çalışırıq.
Müharibədə olan üzvlərimizdən artıq tərxis olunanlar var. Hələ də cəbhədə olan, tərxis olunub, qayıtmağı gözləyən üzvlərimiz də qalır. Hər birini sağ-salamat evinə, ailəsinin yanına qayıtmasını diləyirik”.
Ana Vətən Partiyasının üzvlərində də müharibədə iştirak edənlər var. Bu barədə partiyanın sədri Fəzail Ağamalı danışıb:
“Çoxsaylı üzvlərimiz Vətən müharibəsində iştirak etdi. Hətta şəhidlərimiz, qazilərimiz də var. Biz onlar haqqında ümumiləşmiş və dolğun məlumatları hazırlayıb, ictimaiyyətə təqdim edəcəyik.
Ana Vətən Partiyası olaraq, Vətən Müharibəsində döyüş bölgəsində vuruşduq, yaralandıq, şəhid verdik. Eyni zamanda, informasiya müharibəsində də öndə olub, erməni faşistlərinin ifşasında ön mövqedə fəaliyyətimizi qurduq. İmkanlarımız daxilində əsgərlərimizə, silahlı qüvvələrimizə yardımlarımızı da əsirgəmədik”.
Xalq Partiyasının sədri Pənah Hüseyn:
“Bizim partiyanın bir neçə üzvü həm səfərbərlik xətti ilə, həm də könüllü olaraq, Vətən müharibəsində iştirak edib. O cümlədən məclis üzvlərindən biri müharibədədir”.
Pənah Hüseynin öz oğlu Vaqif Hüseyn də Vətən Müharibəsi başlayanda səfərbərliklə orduya çağırılan ehtiyatdakı hərbçilərədən biridir.
Ümid Partiyasının sədri İqbal Ağazadə Vətən müharibəsində 100-ə yaxın partiya üzvünün qatıldığını söyləyib:
“Şəhidimiz şükür ki, yoxdur. Bu gün də xidmətlərini davam etdirən partiya üzvlərimiz var”.
Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib ki, 5 nəfər müsavatçı şəhid olub:
“Üzvlərimizlə bərabər minlərlə partiya üzvünün övladı və yaxınları Vətən müharibəsində fəal iştirak edib. Müsavat Partiyasının üzvü olan 5 nəfər şəhid olub. Onlarla qazi olan Müsavat üzvləri Qarabağ müharibəsində fəal iştirak ediblər. Mənim müavinim Fərəc Kərimli də Qarabağın bir sıra ərazilərinin, o cümlədən Şuşanın azad olunmasında fəal iştirak edən zabitlərdən biri olub”.
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu da partiya üzvlərinin müharibədə fəal olduğunu söyləyib:
“Amma dəqiq sayını deyə bilmərəm. Hələlik tərxis prosesi bitmədiyindən dəqiqləşdirmə aparılmayıb. Hətta məndə olan məlumata görə, partiya üzvü olan tibb personalları arasında da Vətən müharibəsində əsgərlərimizin yardımına qaçan bir neçə üzvümüz olub”.
Azərbaycan Demokrat Partiyası üzvlərindən isə müharibədə iştirak edən olmayıb. Bu barədə sədr Sərdar Cəlaloğlu məlumat verib.
Tarix: 5-01-2021, 10:24
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
5-08-2026, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
5-08-2026, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
5-08-2026, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar