Postda rəis dedikləri Cavadov Fikrət Qafar oğlu mənim vəziyyətimə düşərsə, öz anasını, anası haqq dünyasındadırsa, arvadını yol maşınıyla göndərərmi?-Əli Həziquliyev


“Bu gün məni Ələt buraxılış məntəqəsindən geri qaytardılar. Ötən ayın 21-dən anamı göndərişlə Bakıya xəstəxanaya gətirmişdim. 3 saylı Şəhər Klinik Xəstəxanasında stasionara yatızdırdılar. Koronavirus sonrası təzyiq problemləri yaranmışdı”.
 

Pravda.az xəbər verir ki, bu sözləri jurnalist Əli Həziquliyev “Facebook”da yazıb. Qeyd edib ki, əlində göndəriş olsa da, postdan icazə verilməyib: “Epiqriz əlimdə, göndəriş əlimdə, post buraxmır ki, olmaz: “Ananız gedə bilər, amma onu siz apara bilməzsiz. Yol maşınıyla yola salın”.
 
DİN qaynar xəttinə zəng vurdum. Eynisini onlar da dedi. Operativ Qərargahın qərarı belə imiş yəni. Qərar veriblərmiş ki, 80 yaşlı xəstə anasını ailə üzvü daşıya bilməz. Əyləşdirməlidir hansısa yollarla şəhərə girib çıxan, xəstə olub olmaması məlum olmayan digər tanımadığı şəxsin maşınına və yola salmalıdır öz evinə. Sizcə belə anormal qərar verilibsə, bu qərarı icra edən polis işçiləri öz 80 yaşlı xəstə anasını başqa tanımadıqları yol maşınına otuzdurarlarmı? Və ümumiyyətlə, mən anamı öz yaşadığı ünvana necə yola salmalıyam? Xahiş edirəm bu mövzunu bilənlər bir yol göstərsin. Əvvəlcədən bildirim ki, bunun üçün kimdənsə xahiş etməyəcəm və qeyri qanuni yollar axtarmayacam. Sadəcə belə bir stisuasiyada vətəndaşın nə etməli olduğunu bilmək istəyirəm”.
 
Jurnalist sözlərinə əlavə edib: “Yeri gəlmişkən, postda rəis dedikləri Cavadov Fikrət Qafar oğlu mənim vəziyyətimə düşərsə, öz anasını, anası haqq dünyasındadırsa, arvadını yol maşınıyla göndərərmi? Adam polis olanda nə olar? İnkubator uşağı deyilsiz ki? Bu işə təyin olunanlar yerində qiymətləndirmə aparıb qərar vermək qabiliyyətinə malik olmalıdır. İstirahətə gedənlə 80 yaşlı anası ilə gedəni ayırd edə bilməyəni xüsusilə belə bir yerə təyin etmək, nə bilim vallah...”
Tarix: 3-01-2021, 15:27
Xəbəri paylaş



Xəbər lenti