“Şəbnəm Tovuzlu istəsə, deputat da olar”




“Dünya bunlarındır e, vallah. Nə veclərinə Araik Qarabağa gəldi, yeni qurulan sərhəddə separatçılarla görüşdü, ya görüşmədi. Sülhməramılar sayı artırılır, ya artırılmır, türk ordusu Qarabağa gəlir, ya gəlmir, dövlət şəhidlərə, qazilərə qayğı göstərir, ya göstərmir. Yeyir, içir, gəzir, tozur, ev-eşik, pul, maşın, günün görüb dövranın sürür”.
 
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl müğənni Şəbnəm Tovuzlunun şəklini paylaşaraq yazıb.
 
“Hörmət deyirsən, bunlarda, pul deyirsən, bunlarda, kef deyirsən, bunlarda. Nələri yoxdur?! Ürəyi istəsə deputat da olar. Ürəyi istəsə sabah pul göndərər, heç özü də gəlməz, deyər, gedin o Kəramətin nə qədər kitabı var, alın aparıb yandırın. Axırda da hamı kimi öləcək, yasına da bizimkindən qat-qat çox adam gələcək. Hələ bəlkə ölənə yaxın kiməsə pul verəcək ki, məni tarixə də salın, qoy gələcək nəsillər də tanısın, əlində deyil?” – K.Böyükçöl bildirib.
Tarix: 2-01-2021, 08:19
Xəbəri paylaş



Xəbər lenti