Azərbaycanda aylıq məvacibləri 1000-2000 manat arasında olan məmurların milyonlarla dəyəri olan malikanələrə, biznes imperiyasına sahib olmaları barədə dəfələrlə yazılıb.AzFakt.com-un əldə etdiyi məlumata görə aylıq maaşı ilə sahib olduğu var-dövləti uzlaşmayan məmurlardan biri də Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant Əsgər Abdullayevdir.
Belə ki, əldə etdiyimiz məlumata görə Əsgər Abdullayev kralların, prezidentlərin həsəd aparacağı malikanəyə sahibdir.
Xüsusi interyerə malik olan, 3 hektara yaxın ərazidə yerləşən malikanə Şağan qəsəbəsində yerləşir.
Malikanənin ümumi ərazisi 2400 kvadrat metrə yaxın olduğu deyilir.
Həyətdəki ürək şəkilli hovuzun və baş hissədəki şüşədən yığılmış qış qülləsi malikanəyə xüsusi gözəllik verdiyi deyilir.
Təxmini hesablamalara görə malikanənin hazırkı qiyməti 10 milyon manatdan artıqdır.
Qeyd edək ki, Ə.Abdullayev Babək rayonunun Nehrəm kəndindəndir. O, 2006-cı ildən Dövlət Gömrük Komitəsinin sədr müavinidir.
İddialara görə övladları Amerika Birləşmiş Ştatlarında yaşayır.
Tarix: 31-12-2020, 08:54