“Erməni-fars törəmələri mövzu tapa bilmədiklərindən əleyhimə görün nəyi paylaşırlar: Bəs Fazil Mustafa deyib ki, əhaliyə 190 manat deyil, 196 manat yardım edilməlidir. Savadsız qaragüruh üçün bütün aldadıcı vasitələrdən istifadə edirlər”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa məsələyə bir daha aydınlıq gətirib: “Ağıllı insanlar üçün isə bir də açıqlama verirəm: Bu gün ölkədə yaşayış minimumu 190 manatdan 196 manata qaldırılıb. Hökumətə xatırlatmışam ki, əhaliyə pandemiyaya görə verilən yardım yaşayış minimumdan az ola bilməz, bu rəqəm artırılmalıdır. Üstəlik də bəyan etmişəm ki, çox sayda haqqı çatan insan müxtəlif bəhanələrlə bu yardımı ala bilmir. İndi biz vətəndaşın haqqını necə müdafiə edək ki, bu erməni törəmələrinin xoşuna gəlsin?”
Tarix: 29-12-2020, 21:42