Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sürücüsü general rütbəsi daşıyır. Pravda.az-ın xəbərinə görə, bunu AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
“Prezident İlham Əliyevin orden və medallarla təltif etdiyi hərbçilərin rütbələri artırılmalıdır. Bu diqqət kiminsə qohumuna deyil, haqqı olanlara olmalıdır. Görsünlər ki, əziyyət çəkdilər, əvəzində qiymətləndirildi. Artırılan hər bir ulduz məsuliyyəti artırır. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sürücüsü general rütbəsi daşıyır. Şuşaya dağlara 30-40 kiloqramlıq sursat daşıyana mayor rütbəsi verilmir, amma kiminsə sürücülüyünü edir, ona görə də general rütbəsi verilir... General ali rütbəsini urvatdan salmaq olmaz...” – T.Abbaslı bildirib.
Tarix: 29-12-2020, 09:30