Abşeronun xanım icra başçısını həbsə aparacaq faktlar – Rüşvəti kim və necə yığır?




İradə Gülməmmədova hansı yüksək ranglı məmurun adını çəkir?

Mətbuatda hər zaman qanunsuz əməlləri ilə gündəmə gələn yüksək ranglı məmur Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovadan şikayətlər bitib tükənmək bilmir.Əlini hər daşın altına qoyan xanım başçı haqqında redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Etibarlı mənbələrdən gundelik-baku.com-a verilən məlumata görə hər cürə özbaşınalıq edən xanım başçı bu dəfə də yeni metodlarla hamını heyran qoyur. Belə ki,mətbuatda heç kimi saymayan məmur kimi tanınan xanım başçı 2 mərtəbəli evlərə sərəncam verir və sonra həmin layihədə 5 6 mərtəbə ev tikilir. Necə olur sualının yeganə cavabı var və təbii ki də rüşvət yolu ilə……

Abşeronda əsas rüşvət yığan şəxs icra hakimiyyətində şöbə müdiri olan xanım başçının bacısı oğlu Zalov Babəkdir.Hər kəntdən 1 və 2 tikintiyə nəzarət üçün şəxslər ayrılıb və onların sayı 22 nəfərdir.Onların hər biri Niva markalı avtomobil idarə edir.Qeyri rəsmi fəaliyyət göstərən bu şəxslərin icazəsi olmadan heç bir kəntdə,heç bir qəsəbədə daşı daş üstünə qoymaq olmur.Kimdə nəsə tikmək istəsə mərdi-məzarlar gəlib dərhal xaraba qoyurlar.

Xırdalanda bütün tikintilərlə bağlı böyük vəsaitləri Şamil adlı məmur,kəndlərdə isə başçının təyin etdiyi müxtəlif şəxslər vəsaiti toplayır və hər gün başçının bacısı oğlu Babək Zalova təhvil verirdilər.Babək isə öz növbəsində gündəlik olaraq hara çatdırır bəllidir amma neçə faizi ona çatır o artıq daha bir maraqlı bir yazının mövzusudur.

Nəhayət bu ilin iyun ayında rayonun baş memarı Akif Əliyev və MİS-in rəisi Murad adlı şəxs həmin xanım başçının adamları ilə əlbir olduqları üçün rüşvət cinayəti ilə həbs ediliblər.4 5 gün əvvəl isə elə həmin cinayətlə əlaqədar olaraq həmin pul yığan,özünü kiçik məmur kimi göstərən amma iddiaları hal-hazırda Kürdəxanı həbsxanasının divarlarına sığmayan Şamil müəllim və tikintilərə nəzarət edən şəxslərdən Mehdiabad qəsəbəsinə baxan Cəfər, Məhəmmədi və Digah qəsəbəsinə təyin etdiyi şəxs Seymur Masazıra baxan Emin,Saray qəsəbəsinə baxan Novruz bir daha rüşvət cinayəti ilə həbs edildilər.

Bütün bunların hamısına nəzarəti və ağsaqqallığı edən Fuad Cəbrayılovdur.(Deyilənlərə görə Fuad Cəbrayılov yerini dəyişib və Suraxanı rayonuna müavin təyin olunub)Amma Fuad Cəbrayılov haqqında korrupsiyada olan məlumatlar onu göstərir ki Fuad Cəbrayılov Cinayət Məsuliyyətindən yaxa qurtara bilməməlidir.Vəziyyətin nə yerdə olduğunu başa düşən,həbslə üz-üzə qalan Fuad Cəbrayılov 1-ci Həyat yoldaşını və qızını xaricə yola salıb və bir sözlə onları Azərbaycandan uzaqlaşdırıb.

Həmin Fuad Cəbrayılovdur ki,başçı İradə Gülməmmədovanın doğum günündə bütün uşaq bağçalarının rəhbərlərinə tapşırıq verərək ümumi şöbənin müdiri Afaq xanım vasitəsi ilə icra başçısını təbrik etmək üçün məcburi olaraq növbəyə düzülmüşdülər.Ən aşağısı 500 manatdan təbrik olunmalıdır tələbin idarə heyətinin qarşısına qoyan da məhz Fuad Cəbrayılov idi.

Bundan başqa Fuad Cəbrayılovun tapşırığı ilə bütün bələdiyyə sədrləri,icra nümayəndələri,idarə,müəssisə rəhbərləri,ən aşağısı 2000 manat pul vəsaitini xanım başçını təbrik etmək üçün verilməsini tələb etmiş və məcbur olan idarə heyəti koridor boyu növbə yaratmışdılar.Onu da nəzərinizə çatdıraq ki Xanım başçının doğum günü 3 oktyabrda olub.

Sual olunur ki müharibənin qızğın vaxtı,pandemiyanın gərgin vaxtında belə ciddi negativ hallara yol vermək olarmı?Şəhidlərin vətən uğrunda canından,qanından keçdiyi bir dönəmdə bunların etdikləri çox ayıbdır və heç bir əndazəyə sığmır.Rayonda 7 nəfər həbs olunmasına baxmayaraq maraqlı məqam ondan ibarətdir ki başçının bacısı oğlu olan bütün bu məsələlərə başçılıq edən Babək Zalov niyə həbs olunmayıb? Hal hazirda şöbə müdiri Azər vasitəsi ilə hər ay icra nümayəndələrindən və bələdiyyələrdən 200 manat vəsait yığılır.

O vəsait kimə çatır cavabını kim tapsa ona mükafat veriləcək. Hal hazırda yenə də o tikintilər davam edir və bütün tikintiyə nəzarət edən şəxslər yenilənib onlara isə ağsaqqallığı hüquq şöbəsinin müdiri Qubatov Rəşad həyata keçirir. Yığılan vəsait kimə çatır kim tapsa onu da mükafat gözləyir.Görəsən hal-hazırki pul yığan ədəbaz məmurlar ondan əvvəlkilərin dəmir barmaqlıqlar arasından baxdıqlarını görmürlərmi?Məndən ötdü qardaşıma dəydi,prinsipi onları narahat etmirmi?

Rayonu dağıdan,viran qoyan,hərc mərclik yaradan bütün qanunsuz yaşayış və qeyri yaşayış tikililərə nəzarət edən başçının qardaşı adı dəfələrlə fırıldaqçılıqda çəkilən Rövşən Quluyevdir.O Rövşən Quluyev ki,Xırdalanda,Abşeronda baş verən bütün problemlərin mənbəyidir. Özünü ’’vorzakon’’ kimi aparan şəxs hansı cinayətləri törədib bu isə başqa yazının mövzusudur. Onun haqqında kifayət qədər şikayətlər olsa da hər zaman sudan quru çıxır.

Amma deyirlər ki, DTX onun da qapısını döyəcək.Xırdalan küçələrində və Abşeronun kəndlərində vəziyyət bərbad gündədir.Ulu Öndər Heydər Əliyevin adını daşıyan park acınacaqlı vəziyyətə salınıb.Hətta küçələrdə mərmər səki daşlarını çıxardıb,satıb onun yerinə beton səki daşı qoyurlar.Heydər Əliyev mərkəzini icarəyə verərək orada dil kursları açaraq mühasib təyin edib,hər ay yığılan vəsaiti kimə çatır sualı isə hər kəsə bəllidir.Əlbəttə ki,özünü Abşeronun birinci xanımı sayan İradə Gülməmmədovaya….

Əgər belə deyilsə xanım Gülməmmədovaya cavab haqqı tanıyarıq,çünki biz onu lap gəncliyindən tanıyırıq,həkim olan zamanlardan… Bütün bunların ən yaxşısını mərkəzin direktoru Tükəzban xanım bilir.(Tükəzban xanım icrada bağça və məktəblərdən pul yığan Ümumi şöbənin müdiri Afaq xanımın bacısıdır)Abşeronda nə qədər şərab mağazası varsa xanım başçıya aiddir.Çoxlu sayda dükanları,obyektləri,imarətləri var və onları növbəti saylarımızda Fotofaktlarla sübut edəcəyik. 9-cu mikrarayonda qiyməti milyonlarla ölçülən 4 mərtəbəli saray tikdirib.

Xaçmazda da milyonluq villası və hektarlarla torpaq sahələri var.Büdcə vəsaitlərini açıq açığına dağıdan xanım başçı görəsən kimə arxayındır? Bu işləri görən icra başçısı baxın görün büdcə vəsaitlərinə nə cür hörmətsizlik edir.Təyin olunan icra nümayəndələri,bələdiyyə sədrləri idarə müəssisə rəhbərləri yerində olmadıqları üçün,hansı işlərlə məşğul olduqlarını bilmədikləri üçün,təyin olunduqları vəzifə yerinə yetirilməmiş hesab olunduğundan vəziyyət bərbad gündədir. Nizam intizamdan söhbət belə gedə bilməz.

Abşeron sakinləri bildirirlər ki,biz abşeronluların gözü qarşısında nələr baş verir hamısını görürük.Bu adamda nə qorxu var nə də başqa bir şey…. Xanım başçı nə Prezident sayır nə də DTX.
Bu gün xanım başçının pul yığımlarına nəzarət edənlər-şöbə müdiri Afət,şöbə müdiri Azər,70 yaşlı dövlət qulluqçusu Məhərrəm şöbə müdiri Rəşad və başqalarıdır.Sakinləri cana doyduran daha bir səbəb Bakı-Sumqayıt şosesinin üstündə ət satışı ilə məşğul olan bir neçə məcburi köçkünün başçının tapşırığı ilə icra hakimiyyətinin işçiləri və polisdən bir ppx maşını həmin ət dükanlarına yaxınlaşaraq onları dükanlarını sökməklə hədələmişlər.Həmin dükanlar isə qanuni sənədi olan,memarlıq cəhətdən və qida təhlükəsizdiyi baxımından normal şəraiti olan qayda qanuna riayət edən səliqəli obyektlərdir.

Ölkə başçısı Cənab Prezidentimizin sahibkarların işinə müdaxilə etməmək,sahibkarların işləməkləri üçün hər cürə şərait yaratmaq tapşırığı bütün məmurlara verilmişdir.Bu tapşırıq Abşeron rayon icra hakimiyyətindəki məmurlara da aid deilmi? Bəlkə Abşeronda Prezidentin yox xanım başçının sözü keçir?Nə üçün qanunsuz hərəkətlər edirlər? Həmin obyektlərdə 40 nəfər məcburi köçkün ailəsi dolanır və min bir əziyyətlə evlərinə çörək pulu aparırlar.Bəs sual olunur ki,İradə xanımın həyat yoldaşı,qardaşları oğlu,qızı,bacısı uşaqları,bacıları o sürdükləri çox bahalı avtomobilləri,evləri.villaları hansı pulla alıblar. Məcburi köçkünlər isə əllərinin qabarları ilə ailələrini dolandırırlar. Ona da xanım başçının mərdimazar adamları imkan versə…

Növbəti yazımızda Xanım başçının ətrafında dolanan həbs təhlükəsini və onu yaradan amilləri faktlarla sübut edəcəyik. Bizi izləyin….

P.S. Əlində prostina tutaraq dəbdəbəli kabinetində pasientlərini gözləyən həkimə bircə xahiş edirəm barəmizdə pis fikirləşmə yoxsa bütün faktları dərc edəcəyik.
https://teref.az/manset/176283-abseronun-xanim-icra-bascisini-hebse-aparacaq-faktlar-.html
Tarix: 27-12-2020, 09:31
Xəbəri paylaş



Xəbər lenti