“Şərurlu İsfəndiyar”ın şirkətində 35 min manatlıq QALMAQAL: Qadının avtomobili özünə qaytarıldı





Bakıda “Safari N” MMC-nin vətəndaş Rzayeva Elmira İslam qızına qarşı verdiyi mülki iddia ərizəsinə baxılıb.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, bu iddia ərizəsi Nərimanov rayon Məhkəməsində araşdırılıb.

Belə ki, borclu Elmira Rzayevanın 35.394 manat məbləğində MMC-yə borcu yaranıb.

Bu səbəbdən MMC-nin iddia ərizəsinə əsasən bir müddət əvvəl Nərimanov Rayon Məhkəməsinin qərardadına əsasən Elmira Rzayevanən mülkiyyətində olan “BMW X-6” minik markal avtomobilin üzərinə həbs qoyulub.

Tələbkar MMC icra şöbəsinə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin qərarının icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş edib.

Belə ki, MMC vətəndaşa məxsus avtomobilin üzərinə qoyulun həbsin götürülməsini istəyib.

Bu gün hakim Gültəkin Əsədovanın sədrliyi ilə baş tutan iclasda iddia ərizəsinə təmin olunub.

MMC-nin şikayəti əsasında avtomobilin üzərinə qoyulun həbs götürülüb.

Qeyd edək ki, “Safari N” MMC-nin rəhbəri isə məşhur iş adamı, tikinti sektorunda böyük nüfuza sahib olan, “Şərurlu Isfəndiyar” kimi tanınan Isfəndiyar Axundovdur.
Tarix: 22-12-2020, 21:09
Xəbəri paylaş



Xəbər lenti