Rəşid Mahmudov: “Şəhid ailəsinin pulunu yeməkdən böyük vicdansızlıq yoxdur”




“Heç belə adamları cəmiyyətə təqdim etmək də lazım deyil, çünki belələri bədbəxt, türk xalqına layiq adam deyillər”
 

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov şəhidlərin adından sui-istifadə edib pul qazanan adamlara görə çox təəssüf hissi keçirdiyini bildirib: “Bu adamların hərəkəti biabırçılıqdan başqa bir şey deyil. Heç belə adamları cəmiyyətə təqdim etmək də lazım deyil, çünki belələri bədbəxt, türk xalqına layiq adam deyillər. Şəhid ailələrinə kömək etmək əvəzinə, onların adından sui-istifadə edib pul qazanırlar. Belə şərəfsizlik etmək olmaz. Şəhid ailəsinin pulunu yeməkdən böyük vicdansızlıq yoxdur. Belə adamlar vətəndaş deyillər, heç gedib müharibədə də döyüşməzlər. Bu cür adamlar millətin, xalqın adına ləkədir, bizim üçün onlar düşmən qədər təhlükəli və xaindirlər. Bu addımı atan şəxslər qanun qarşısında ən ağır şəkildə cəzalandırılmalıdır”.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar yaralananları və şəhid ailələrinin təminatı məqsədilə ölkə başçısı cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “Yaşat” Fondunun adından sui-istifadə edərək pul toplamaq məqsədilə sosial şəbəkələrdə vətəndaşlara çağırış edən Lökbatan sakini Xəlil Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Moderator
Tarix: 21-12-2020, 20:44
Xəbəri paylaş



Xəbər lenti