Nizami rayon İH-də hamı “koronaya” yoluxub - Məhkəmə və cinayət təqibi Profilaktikası labüddür...

 


Nizami rayon İH-də hamı “koronaya” yoluxub -
Teref.az-ın poçtuna fəlsəfə elmləri doktoru Xatire Quliyevadan şikayət məktubu daxil olub. M əktubu xatirə xanıma söz verdiyimiz kimi nöqtə vergülünə belə əl dəymədən oxuculara tədim edirik. Xatirə xanım şiakyətində yazır:
"Bəli! Pandemiya dövrüdür. Bu mənfur düşmən yaşlı demir, cavan demir, işsiz demir, varlı demir, həkim-loğman demir, alır cənginə. Hətta aparır bu dünyadan.

Amma mənəvi “karona” - tərcümədə tac pandemisi də var və ona da yoluxmalar istisna deyil.
Bakının Nizami rayon İH-də bu “karona” pandemiyasına ucdantutma hamı yoluxub. Əslində bu “karona” ümumi bəla – “yeni və yenidən baş qaldıran xəstəliklər qlobal dünya çağrışında” birinci yerdə dayanan tibbi korona ilə müqayisədə daha təhlükəlidir. Çünki covid karonasına yoluxanları yönəldirlər səviyyə müəssisələrinə, həkimlər-loğmanlar onları müalicə edir. Nəhayətdə bu xəstələr əksəriyyətlə sağalırlar. Əsas da yoluxmuşlar kütlədən təcrid olunurlar ki, yoluxma davam etməsin.
Bu da danılmaz potologiyadır ki, viruslar insanın antropoloji varlığını zədələyib, sıradan çıxarır, inanclara, mənəvi hisslərə gücü çatmır. Amma necə güclü virusdu Tac-karona, yəni qanunsuzluq, rüşvətxorluq, avtoritarlıq, ayrıseçkilik və s. əxlaqsızlıq pandemisi ki, buna yoluxanların bütün müsbət mənəvi keyfiyyətləri məhv olur!
Beləcə, Bakının Nizami rayon İH-də ucdantutma hamı bu daha təhlükəli “karona”- ya, tac xəstəliyinə “yoluxub”.
Onlar üçün qədim dövrlərin padşahlığının modern nümunəsi krallıq, hətta adi vəzifədə hegimonluq psixologiyası xarakterikdir. Yenə klassik mənada Taxt, onun da simvolu Tac Nizami rayon İH də “şahdır”. Ona görə də bu İH də Qanun yox, vəzifə və onun Tacı şahdır. Hadisələr təsdiqləyir ki, bu qrumda dövlət anlayışı yoxdur, qanunların gücü yoxdur.
Avtoritarlıq dövlətçiliyə zidd hadisədir, bu rayonda isə avtoritarlıq at oynadır. Avtoritarlığı müasir qiymətləndirmələrlə şərtləndirən əsaslardan biri məsələn yüksək vəzifədə olan birinin əlində bir rayonun bütün əhalisinin gəliri həcmdə kapitalın cəmlənməsidir. Bu sözsüz ki, ən yüksək maaşla və ya oliqarklıqdan və ya sahibkarlıqdan qaynaqlanan faktorlardan yığılan qazancla deyil, korrupsiya, çirkli pullar- əyri yollarla əmələ gəlir. Nizami rayon İH-də bu avtoritarlıq üçün əsas olan korrupsiya torpaqların, yollar boyu iri-iri restoranlar, hətta hər kiçicik bir bucağın, hər səkinin, hər qarışın müxtəlif sahiblkarlara “verilməsi” ilə qeyd-şərtsiz sübut oluna bilər. İndi dünya islahatlarında Koruppsiya da, Avtoritarliq da dövlət və vəzifəlilər müstəvisində ən öndə dayanan qloballardandır.
Ayrıseçkilik də dünya islahatlarında qlobal çağırışlardandır. Bizim ölkədə Bakının Nizami rayon İH də vətəndaşlar arasında fərq qoyulmasına, ayrı-seçkilik ən yüksək həddədir. Məsələn, onlar üçün hörmətli vəzifəlidir, imkanlıdır, avtoritetdir, oliqarxdır. Bir sözlə Nizami rayon İcra hakimiyyətində demokratya kimi hakimiyyət üsulları yoxdur, xalis anarxiyadır.
Sonra, Dövləti var edən vətəndaşdı, xalqdı, millətdi. Hər şey, hətta sərhədlər də vətəndaş üçündür. Vətəndaş olmazsa nə dövlət, nə sərhəd, nə də İcra Hakimiyyətləri mahiyyət kəsb edər! Halbuki, Müstəqil Azərbaycan Dövlətinin memarı, Ulu öndər Heydər Əliyev buyurub: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Dövlət rəhbərimiz cənab İlham Əliyev “Azərbaycan vətəndaşlarına hər yerdə hörmət olmalıdır!”- deyib! Bu tapşırıqlardan çıxış edilərək qiymət verilsə Nizami rayon İH-nin bütün işçiləri cəzalanmalıdır..
Beləcə, Nizami rayon İH-də ucdantutma - ən yüksək vəzifəlisindən tutmuş dəftərxana işçisinə kimi hamı avroritarlıq, tac-karona pandemisinə “yoluxub”. Profilaktika labüddür... Yenə Ulumuzdan misal gətirəcəyəm: “Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun”. Məsuliyyətlə deyirəm, bu İH məmurları tutduqları vəzifələrə uyğun deyillər.
Keçirəm öz başıma gələnlərə və əslində bütün sadə, kasıb, həmçinin rüşvət verməyə imkanı olmayan sakinlər üçün xarakterik olan vəziyyətin şərhinə.
Belə ki, 24 ildir Nizami rayonunda yaşayıram və hal-hazırda bu ünvanda həyatım təhlükədədir.
Birincisi: 2-ci blokunda yaşadığım binanın 1-ci blokunda 1 otaqlı mənzili qanunsuz şəkildə bəlkə 10 otaqlı mənzil həcmində böyüklükdə artırmaqla Restoran tikilmişdir. Hələ üstəlik küçə də zəbt edilərək açıq restoran düzəldilmişdir.
Əlbəttə hal-hazırda ölkədə pandemiya qaydalarına görə şadlıq evləri, restoranlar və s. fəaliyyəti demək olar ki, donmuş vəziyyətdədir. Amma ümumiyyətlə bu tip obyektlərin istiqaməti hamıya bəllidir: Gur musiqi, gecədən keçmişə qədər yüksək səy-küy, çoxsaylı maşınların yaratdığı sıxlıq, sərxoş adamların uyğunsuz söhbətləri və s.
Məhz bu kimi səbəblər nəzərə alınmaqla AR Mənzil Məcəlləsinin Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini təsbit edən III fəsilin 20.2. maddəsi aydın surət də əsaslandırır ki, “qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir”.

Realliq isə təsdiqləyir ki, həmin Restoran tikilərkən bu Qanun bütünlüklə tapdalanmışdır.
Bundan başqa, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin “Tikintidə təhlükəsizlik fəslinin 76.1. maddəsində Müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Ancaq gerçək budur ki, mənə heç bir məlumat verilməmişdir.
Maddə 76.2.-- “Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir”.
Yenə faktdır ki, mənə məlumat verilməmiş, üstəlik şəxsən özüm dəfələrlə şikayət etdiyim halda, hətta Məhkəməyə Müraciət edə bilməyim üçün həmin qanunsuz tikilinin sahibinin ad-soyadını rəsmi olaraq öyrənmək istədiyimdə məhəl qoyulmamışdır. Bəs bu anarxiya deyil, nədir?
Bu məsələ ilə bağlı digər bir Qanunumuzu da diqqətə çatdırmağı zəruru hesab edirəm: Maddə 14.2.- “Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın”.
Əvvəla, Qanun “Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsiniqeyri-yaşayış sahəsinə keçirməyə icazə verir, sonra yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtlərinə fiziki şəxslərin peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyəti nəzə alınmaqla icazə verilir. İndi yoxlanılsın görəksahibi doğurdan kasıblar binasının sakinidir və bu adamın Restorançılıq peşə fəaliyyəti, sahibkarlıq sahəsidir?!
Bundan da başqa bu qanun əgər hər hansı bir sakinə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə o zaman icazə verir ki, “bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın” onda bu Restoran mahiyyəti etibarilə qanuna bütünlüklə ziddir.
Daha bir ciddi əsas: bu qanun artırmanı nəzərrdə tutmur ki! Qanun movcud yaşayış sahəsinin qeyri-yaşayış yaşayış sahəsinə çevrilməsini ehtiva edir. Beləcə, yaşadığım, özəl mülkiyyətim yerləşən ünvanda Restoran kimi fəaliyyət göstərən bu nəhəng tikilinin heç bir qanuni əsası yoxdur və mənim mülkiyyət “hüquqlarımı və qanuni mənafelərimi, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasına” hüquqi qiymət verilməlidir.
Digər Qanun maddələri də yaşayış binasının fundamentinə bitişik tikilmiş bu Restoranın qanuna uyğun olmadığını təsdiqləyir. Məsələn, Şəhərsalma və Tikinti Məcəllənin 68-ci “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”; habelə, Məcəllənin 85-ci “tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır”- maddələrinə əməl edilməmişdir.
Bu restoran sahibi həttaəksinə əhalinin geniş istifadə etdiyi küçəni zəbt etməklə və həyətdə ağacları kəsməklə açıq fəaliyyət sahəsi yaradıb. Restoranın təmizləyici qurğuları yoxdur. Kustar formada quraşdırılmış 2 havalandırma borusu ümumiyyətlə, qaz, işıq, su, havalanma, kanalizasiya və s. xətləri heç vaxt yenilənməmiş 1964-cü il tikilisi binaya qoşulmuşdur ki, bu əsaslara görə də obyekt ciddi təhlükə mənbəyidir. Ancaq Nizami İH-ni cinayət tərkibli bu qanunsuzluğa imza atmasına görə heç bir qurum cəzalandırmır.
2019-cu il Nizami rayonunun məhz bizim binanın arxa küçəsi, yəni bu restoranın fasad küçəsi olan Qara Qarayev prospektində bir neçə mağazada güclü yanğın hadisələri baş verib. Əsas Səbəb kimi də naqillərdə olan qısaqapanma göstərilib.
Yeri gəlmişkən xüsusilə qeyd edim ki, BŞİH-nin Ərazi idarəetmə şöbəsi mənim ərizələrimi saymasa da DTX-nə ünvanlanmış Şikayət Ərizəm onlara göndərildikdən sonra həmin Restorana əlaqədar bir neçə qrumla birlikdə baxış keçirib və orda hətta elementar Yanğından mühafizə Balonu olmadığını aşkar edib Aktlaşdırıb. Bir məsələ də var ki, BŞİH mənə yazdığı məktubda göstərir ki, bu restoranda təbii və balon qazı yoxdur. Amma küçədən ümumi qaz borusunun ora daxil edildiyi aydın görünür. FHN əməkdaşı da isə mənə şifahi olaraq bildirib ki, orda qaz xətti yoxdur və hər şey elektriklə idarə olunur. Hər iki hal real təhlükədən xəbər verir!..
Ərizəm əsasında obyektə baxış keçirmiş Qabil adlı Azəriqaz əməkdaşı mənə bir neçə dəfə zəng etmiş, ordakı qanunsuzluqları etiraf etsə də, günahı “FHN” üzərinə atmış,“işə göz yummağım” üçün mənimlə şəxsən görüşmək istəmişdir ki, bu əlbəttə ki, boş-boşuna deyil.
Həmçinin Əmlak məsələləri Xidmətinə etdiyim rəsmi şikayətlə bağlı hətta qapıma nümayəndə gəlib və o da məni şikayətlərimdən çəkindirmək istəmişdir. Fikrimcə, mənimlə xüsusi görüşüb danışmaq istəmələrin, Nizami rayon İH-nin sahibkarın adını gizlətməsinin səbəblərindən biri restoranın qanunsuzluq faktı olması ilə bərabər hansısa “böyük” adamın olmasıdır. Hələ BŞİH Ərazi planlaşdırma şöbəsinin müdiri M. Əlmədətov mənə üzərində 2 qeydiyyat nömrəsi yazılmaqla lakin 05. 05. 2019! Tarixli məktubla onların mənim xahişimlə məşğul olmağa səlahiyyətlərinin olmadığını bildirsə də, bu şöbənin sektor müdiri Məmməd Qasımov mənə zəng edib əraziyə baxış keçirmək istədiyi bəhanəsi ilə gəlmiş və orada məni susmağım üçün təhdid etmişdir. Halbuki, o mənsiz də əraziyə baxış keçirə bilərdi və həmçinin də rayon İH mənim qarajımın şəklini çəkmişdi və ümumiyyətlə ərizəm əsasında gəlmişdisə niyə restoranın qarşısından qaçırdı?! Mən bu təhdidlə bağlı mediya, vidyo şikayətlər də etmişəm.
Bundan başqa, AR Vətəndaş Müraciətləri Qanunu var. Vətəndaşların məhkəməyə müraciət etmək hüququ var. Bu məqsədlə İnformasiya toplamaq hüququ var! Ancaq xüsusilə qeyd edirəm ki, Nizami rayon İH və ona havadarlıq edən BŞİH və eləcə də PA-nın Ərazi İdarəetmə Şöbəsi, yeni yaradılmış Şəhərsalma və Arxitektura Komitəsi, onun nəzdində olan Bakı şəhər Memarlıq və şəhərsalma İdarəsi sentyabr ayının 20-dən təkrar-təkrar yazdığım Şikayət ərizələrimə 2 məktub çıxılmaqla cavab verməyiblər. Nizami İH isə ünvanladığım 10-dan çox şikayət ərizəsinə 1 cavab da yazılmayıb. Bununla da sözsüz olaraq AR Vətəndaş Müraciətləri Qanunu Qanunu taptalanıb. Bu da təsdiqləyir ki, onlar üçün dövlət, qanun, vətəndaş, məsuliyyət şüuru yoxdur və ən acınaqlısı onlara heç kim “gözün üstə qaşın var” deməyə qadir deyil. Niyə? Bunu əsaslandırmaq çətindir.
Son aylarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, AR Dövlət Təhlükəsizlik Xidmətinin, habelə ABŞ-ın Azərbaycandakı səfirliyinin vətəndaşları təhlükəsizliyin təmin olunması məqsədilə ayıq-sayıq olmağa çağırmasından sonra narahatçılığım birə-on artmışdır. Əslində mən Vətən müharibəmiz başlayana kimi, həmçinin bu Müraciətlərə qədər neçə illər danışmırdım ki!.. İndi həqiqətən mənfur düşmənlərimiz bizə ağrı-acı yaşamaq üçün təxribatlar törədə bilərlər.
Təsadüfi deyil ki, AR DTX-in Xəbərdarlıq məlumatında açıq bildirilir :
“Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər”.
Həmçinin AR DİN məlumatında “Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq”, - deyir.
Ona görə də mən 24 il yaşadığım ünvanda, hətta 2-ci blokunda yaşadığım binanın 1-ci blokunda tikilmiş qanunsuz restoranın partlayaqcağından çox-çox narahat olduğumu şikayət ərizələrimlə Nizami İH-nə və BŞİH-nə on dəfələrlə yazıb bildirirəm. Lakin Saymırlar! Bu da təsdiqləyir ki, onlar üçün 60 mənzildə yaşayan yüzlərlə vətəndaşın həyatı, təhlükəsizliyi maraqlı deyil və ya öz tamahlarındn üstün deyil.
Məqamı olduğu üçün bir uyğun hadisəni müqayisə üçün xatırlatmaq istəyirəm. Jurnalist Mehman Hüseynov bir villanın şəklini çəkmək istəmişdi.Vətəndaşın mənzil, mülkiyyət hüququnu pozub deyib, onu çox incitdilər. Yaxşı, bəs mənim yaşadığım BİNAnın mənzilləri mülkiyyət deyil?! Burda yaşayan vətəndaşların mülkiyyət mülkiyyət hüququ yoxdur?! Bax bu fakt da Nizami İH məmurlarının kasıb, vəzifəsiz sakinləri insan hesab etmədiyini açıq göstərir. Yəni o sahibkar sadə-kasıb adamlardan daha üstündür!
Nizami Rayonunda Ayrı-seçkilik məsələsinə daha bir tutarlı sübutum. Deməli, 4 bloklu binanın bir sakininə binanın ümumi eni qədər, üzünluğu 2 blok həcmində böyüklükdə qanunsuz artırmaya “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” adı ilə icazə verdikləri halda, mən 24 il həmin binada yaşayan vətəndaşa, 2-ci qrup əlilə, hələ alim-ziyalıya 6 metr uzunu, 4 metr eni olan dəmir qarajı daşla hörməyə icazə vermirlər. Axı o restoranın ərazisi 40 qarajım yerləşən ölçüdədir... Buyurun vicdan səsinizlə qiymət verin, bu Ayrı-seçkilikdir ya yox?! Rüşvət verənlə və vəzifəli və s. ilə rüşvət verməyən arasında fərq qoyulmasıdır bu ya yox?!

Həmçinin də Qarajımın 1 metr aralığında nəhəng Qaraj tikilib. Ondan da bir az aralıda digər nəhəng qaraj və daha neçə-neçə yeni nəhəng qarajlar və eləcə də hər gün yeni-yeni qanunsuz tikililər peyda olur. Mən uzağa getmirəm... Elə orda əslində baş planda uşaq meydançası olan yerdə tikilmiş 12 mərtəbəli binaya da təzəlikcə böyük bir artırma tikilib,hələ bütün rayon belə qanunsuz tkililərlə doludur, amma mən rüşvət verməyən sakini 6 metr uzunu. 4 metr enində dəmir qarajı daşla tikməyə qoymurlar! Ona görə bu qənaətə gəlmişəm ki, Nizami İH –nin məmurları və onların havadarları mənəvi karona pandemisinə yoluxublar və daxilləri sıradan çıxıb...

Yuxarıda da qeyd etdiyim kimi, bu barədə PA Ərazi İdarəetmə şöbəsinə, BŞİH, AR Arxitektura Komitəsinə və eləcə də Nizami rayonunun qanunsuzluq xəstəliyinə yoluxmuş İH-nə on dəfələrlə müraciət edirəm, saymırlar. Deməli onlar Nizami İH –nin arxasındadırlar.
Ulu öndər Heydər Əliyev deyib: “Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur”.
Təəssüf ki, Nizami rayonunda “bütün təbii sərvətlərimiz üzərində müstəsna haqqlar” vardır, onlar rüşvət verənlərə və s. xüsusi təbəqəyə məxsusdur və mənim, eləcə də bütün kasıb, sadə vətəndaqşların, namuslu-ləyaqətli insanların bu “xalqa məxsus sərvətlər üzərində 1 sm. hüququ yoxdur!
Bu ilin oktyabr ayının 27-də mənim BŞİH-nə yazdığım sürəkli şikayətlərin birinin nəzarət qaydasında Nizami rayon İH ünvanlanmasından sonra başçı əvəzi, rayonu qanunsuzluq səltənətinə çevirmiş, özünü kral hesqab edən Qərib Məmmədov məcbur olub Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinə Məktub yazdı. Saxtakarlıq virusuna yoluxublar axı, mənə icazə verilməməsi, hətta əlimdən alınması üçün qarajımın çürüyüb sıradan çıxdığını, istismara yararsız olduğunu yazdı.
O gündən bu günə kimi, yəni 1 ay yarım keçir, Cavab yoxdu. Əksinə yuxarıda da qeyd etdiyim kimi BŞİH sektor müdiri Məmməd Qasımov gəlib məni təhdid edib: Əgər o restoranın adını, Telli xanımın adını çəksəz Sizə qarajı daşla hörməyə icazə verməyəcəyik. Bəs müdirin yazır səlahiyyətimizdə deyil?! Əslində illərdir o restoran gözümün qarşısında fəaliyyət göstərir. Nə maraqlanmışam kimindi, nə fikrimdən keçib “kimin olduğu”. Nə fərqi var, kimindi?! Sözsüz ki, ya varlı, ya vəzifəli və s. k i m i n d i r s ə! Budur BŞİH sektor müdiri Məmməd Qasımov bilir kimindi və məni təhdid edir! Fikrimcə, 1 ay yarım müddətində Nizami rayon İH-nin eləcə də mənim özümün bu məzmunda məktublarıma cavab verilməməsinin, hətta rəsmi məktubun müəmmalı şəkildə yoxa çıxmasının səbəbi elə BŞİH sektor müdiri Məmməd Qasımovun təhdidi ilə bağlıdır.
Bu dövlətin qurucusu Ulu öndər isə başda məmurlar olmaqla xalqına bunu vəsiyyət edib: “Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir”. Bəli, elədir Ulu öndər! Faciədir ki, hətta ziyalı vətəndaş təhdid olunur ki, cinayətə susmalısan, yoxsa “başını basarıq və budur gerçək ortadadır!..
Beləcə Avtoritarlıq! Anarxiya! Ayrı-seçkilik - Nizami rayonunda o həddə çatıb ki, İH-nin reket dəstəsi var. Məsələn, 44-cü binanın qarşısında çox balaca bir yeri də İH sakinlərə çox görüb qanunsuz şəkildə kiməsə “vermişdi”. Sakinlər tikintiyə yol vermədikdə İH xalqın - vətəndaşların üstünə onları döyüb, başından basıb Susdurmaq üçün dəstə göndərdi. Qadınlar yığışıb kişiləri qorudular və İH-nin “işğalçı” reketlərini qovdular! Dəstə gələndə demişdi ki, bura özəlləşdirilib, bəs necə oldu o “özəlləşdirmə”?!
Ayrı-seçkiliyə özümlə bağlı daha bir misal: Məmməd Qasımov o restoranın qarşısından balaca uşaq kimi qaçarkən “Bura özəlləşdirilib”- dedi! Mən də o binanın sakiniyəm, bəs mən niyə həm yaradıcı şəxs kimi 20 km. m. əlavə mənzil sahəsinə hüququmla bağlı, həm də mənzilim əsas hissəsi çat vəziyyətində olduğu əsası ilə hökumətin mənim üçün 17 il bundan əvvəl tikdiyi sahəni özəlləşdirə bilmirəm?! Necə olur, Daşınmaz Əmlakın Reystr Xidməti həmin sahəmi özəlləşdirmir və əsas olaraq Nizami rayon İH-nin mənə Sərəncam verməli olduğunu göstərir. Nizami rayon İH isə belə bir Sərəncamı verməyin cinayət olduğunu, - bildirir, amma bu qanunsuz restoran tikilən kimi və ya tikilməmişdən özəlləşdirilib?! Deməli, Nizami rayon İH öz təbiricə desəm, cinayət edərək bu restoran üçün Sərəncam verib.
Üstəlik mən 3-cü mərtəbədə olan və mənim hüququm olan artırmadan gəlir üçün istifadə etmirəm. Bu artırma hissədə konkret olaraq xalqın təfəkkür tarixi üçün irili-xırdalı elmi əsərlər yazıb-yaradıram.
Əsərlərimin siyahisi burda çox geniş yer tutar və həmçinin mənim tədqiqat sahəm siyasi fəlsəfə, identiklik, multikulturalizm kimi çox aktual mövzulardır. Hələ xalqımızın Ulu öndəri haqqında 2 monoqrafiyamı, onlarla məqaləmi məhz bu hissədə yazıb-yaratmışam. Amma baxın bir alim-ziyalı kimi, həmçinin 2-ci qrup əlil kimi, üstəlik tənha qadınam, yaşda yaş, 60- ın “qonşusu”... mənə özəlləşdirə bilməyim üçün “qonşuya” verilən Sərəncamdan verilmir.
Qanunsuzluqla bərabər, Allahsızlıq deyilmi ki, ayrı-seçkilik, hegimonluq edərək eyni ünvanda bir sakinə binanın yarısı boyda restoran tikintisi icazəsi verəsən, hətta özəlləşdirməsi üçün Sərəncam verəsən, amma 7 monoqrafiya, digər 8 kitabın, 200-dən çox elmi, publisist məqalənin müəllifinə, elmlər doktoru – alim- ziyalını nə dəmir qarajını daşla tikməyə qoyasan, nə qanuni artırmasını özəlləşdirə bilməsi üçün Sərəncam verməyəsən?!
Bacım da uzun illərdir bu rayonda yaşayır. Necə olur 200 kv.m bu ismi pünhan sakinə artırma icazəsi verənlər onun kimi 1-ci mərtəbədə yaşayan bacıma 1 metr yarım – 2 metrə artırmaya icazə vermirlər?! Hələ o restoran sahibi küçəni də zəbt edib, bacımın 1-2 metrə artırma xahiş etdiyi hissə küçəyə də, sakinlərə də heç bir narahatçılığı olmayan sahədədir.Bu da bir digər Ayrı-seçkilik, xüsusilə də rüşvət verməməyin aqibəti faktı...
Neçə il əvvəl bacımın mənzilinin zirzəmisini kredit götürüb təmir elədik. Qərib Məmmədov özəlləşdirənə kimi bizə zirzəmiyə qapı qoymağa icazə vermədi. JEK müdiri dedi ki, hər qapı 16 min manatdır. Beləcə 9 ay Əmlak Komitəsinə gedib-gəldim, nəhayət rüşvətsiz özəlləşdirməyə nail oldum və ondan sonra qapı qoya bildim. Bu fakt da Nizami rayonu İH –də rüşvətin və daha nələrin əsas olduğunu sübut edir.
Keçən il Nizami rayonu İH Başçı Arif Qasımov işdən çıxarıldı... Qərib Məmmədov məgər A.Qasımovdan yaxşıdır?! Xeyir! O Arif Qasımovdan on dəfələrlə artıq vəzifəsinə uyğun deyil. Rüşvətxor, saxtakardır, qeyri-dövlətçilik mövqeyində olan bir şəxsdir. Ümumiyyətlə, mən bu rayonda 24 yaşadığım, o cümlədən 3 dəfə parlament seçkilərində iştirak etdiyim üçün bir az geniş məlumatlıyam və bu “biliyimlə” məsuliyyətlə deyirəm ki, hələ Nizami rayonu İH-də belə belə bir qanunları taptalayan məmur işləməyib. O, monarxdır, o avtoritetdir, nəhayət, o iman-ədalət hisslərindən məhrum bir adamdır!
Bu səbəbdən də o başçıəvəzi təyin olunduqdan sonra Nizami rayonu İH bütün məzmunu ilə dövlət müəssisəsi mahiyyətini itirib.Əməkdaşlarını kuryer, poçtolyon, reket kimi işlədir, 50 saylı JEK-in mühəndisi onun sağ qoludur, ona görə əlahiddə adamdır. O, “güdükçülük” etmək, qanunsuz tikililərin “dilmancı” olmaq az imiş kimi öz işini atıb hətta orduya (vəzifəlilərin ünvanını yaxşı tanıdığı üçün çağırışçı istiqqamətini kasıb mənzillərinə yönəldib) əsgər yığır və s. və i.a. İH-nin dəftərxana işçiləri belə, özlərini “karonalı” kraliçalar hesab edirlər. Şöbə müdirləri heç olmasa insan kimi davranır, işçilər harın, kobud...
Mən onlardan nə istəyə bilərəm ki? Məktublarıma cavab!... Sentyabrın 24-dən bu günə kimi 1 dənə cavab verilməyib mənə. Ancaq yekəxanalıq, saxtakarlıq boydan! Konkret fakt: Nizami rayonu İH 27 oktyabr 2020 – ci il tarixində AR Şəhərsalma və Arxitektura Komitəsinə mənim qarajımın daşla hörülməsi üçün nə qədər böyük saxtakarlığa yol versə də hər halda rəsmi məktub göndərib. O MƏKTUBA cavab indiyə qədər məndən gizlədilir. Yəni Arxitektura Komitəsinin əməkdaşı mənə bildirib ki, sistemimizdə məktuba cavabın komitədən çıxdığı və BŞİH-nə, Nizami İH-nə və eyni zamanda Sizə göndərildiyi göstərilir. Bəs hanı o cavab?! BŞİH-nin 492-82-22 ,492-79-95 nömrələrindəki işçilər cavab verir ki, bizə elə bir məktub gəlməyib. Yenidən 595-13-50- 163- nömrəsindəki məmurla danışıram. Yenə məktubun göndərildiyini deyir. “Sistemə” inanıb Nizami rayonu İH sirlər qalası mahiyyətində ümumi şöbəsi ilə əlaqə saxladıqda faciə!..
Anlaşılan budur ki, bu adamların vətəndaşa düzgün məlumatı verməyə ixtiyarları yoxdur! Mediyada bir neçə məqalə gözümə dəyib, yazırlar ki, İH-ni hələ də Arif Qasımov idarə edir. Əcaba yoxsa məktublar şöbəsi ordadır?! Hələ mediya başqa məsələlərə də diqqəti yönəldir...
Burda dövlətin, qanunun, vətəndaşın şərt olmamasının, qanunsuzluğun baş alıb getməsinin əsas səbəbi onların həddən artıq varlanmalarıdır. Zənginlik onlara vəzifə məsuliyyətləri unutdurub. Xalqımızın Ulu öndəri, tarixi şəxsiyyət, mənim üçün Azərbaycanın dahi simalarından biri Heydər Əliyev sanki onlar üçün deyib: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”. Yaxud da öndər buyurub: “Rüşvətxorluq bizi içimizdən yeyir”.
Nə qədər müdrik kəlamdır. Nizami rayon İH-nin rüşvətə alışmış məmurları da dövləti içdən yeyirlər.
Məhz bunlar məndə o qənaəti yaradıb ki, Nizami rayon İH-də ucdantutma hamı “karonaya” yoluxub” və onlar əlaqədə olduqları qurumların bəzi əməkdaşlarını da virusa bulaşdırıblar!
Əlbəttə “Tarix həmişə hər şeyi öz yerinə qoyur. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”(Heydər Əliyev).
Bəli, mən Azərbaycanımızı “böyük məmləkət” görmək istəyirəm və Qərib Məmmədovlar öz yarıtmaz fəaliyyətləri ilə onu ən kiçik dövlətlər – banan ölkələr səviyysinə endirməsinə dözə bilmirəm.
Sonda bunu da deyim, əlbəttə enerjini daha mühüm işlərə sərf etmək lazımdır. Həm də ciddi görülməli işlərim var, Avropa ölkələrindən biri “Azərbaycan multukulturalizmi”, Türkiyənin bir nəşriyyatı “Ulu öndər” monoqrafiyamı çap etməyi təklif edib. Bu tərəfdən “Nəsimi fəlsəfəsində multikultural aspektlər” tədqiqat işim tamamlanmaq üzrədir, yekunlaşdıra bilmirəm. O tərəfdən “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” elmi məqalələr toplumun ən son redaktəsi, hələ beynəlxalq konfranslar üçün məruzələr-məqalələr yazmalıyam, hamısı qalıb, mən ölkəmizin ən keyfiyyətsiz sahəsi, tənqidləri “sıralı” Nizami rayon İH-ti, ona havarlıq edən BŞİH-ti ilə “döyüşürəm”. Ümumiyyətlə, ləğv edilməlidir başda BŞİH və bütün İcra Hakimiyyətləri.Bu qədər qanunsuz fəaliyyət, talançılıq, avtoritarlıq olmaz! Xalq 99 faiz bu qurumlardan narazıdır! Ölkə rəhbərimiz cənab İlham Əliyev məmurlara “xalqın xidmətçisi olmağı” tapşırır. Bunlar isə hər biri bir padşahdır! Prezidentimiz xalqa “şikayət edin, mənə çatacaq” – ümidini verir. Ancaq doğurdan da prezidentimizin bu mərhələdə o qədər mühüm işləri var ki, daxildəki vəziyyətlə bağlı şikayətlərə diqqət ayıra bilməməsi təbiidir. Asan məsələ deyil, cənab İlham Əliyev xalqımızın, dövlətimizin 30 illik dərin problemini həll etdi. XXI əsrin Türk Fatehi kimi işğalda olan Vətən torpaqlarımızı Azad etdi. Müzəffər Ordunu idarə edir, erməni tapdağından xilas etdiyi ərazilərimizi qurub-yaradır və beləcə çox sayda tarixyüklü işlərlə məşğuldur. Bundan da bəzi ləyaqətsiz məmurlar yararlanıb lap həddlərini aşırlar.
Elə bu vəziyyətdə bizlərin - Zərdabilərin, Mİrzə Cəlilllərin xələfləri olan biz ziyalıların lap evimizə od vurulub yandırsalar belə borcudur ki, cəmiyyətimizdəki quldurlar, rüşvətxorlar, saxtakarlarla döyüşsünlər! Ölkəmizi daxili talançılardan xilas etsinlər! Nə qədər ki, bu yerli “işğalçılara” susacağıq, onlar islah olmayacaq!
Bu baxımdan nə qarajımı daşla hördürməyini maddi maraq üçün istəyirəm, nə bu yazıları qərəzlə, qəsdən yazıram!
Bir daxili sos var içimdə, 2-ci blokunda yaşadığım binanın birinci blokunda mənzilə artırma ilə tikilmiş o qanunsuz və real təhlükə mənbəyi restoranın “partlayacağını” hiss edirəm və buna görə sadə, kasıb, eyni zamanda vətən təəsüblü, qeyrətli, namuslu insanları Qorumaq istəyirəm!
Bura partlasa zaval-ziyan mala dəydi, deyə bilməyəcəklər! Budur məsələ.
Qarajımı da yenə daxili intuitsiya ilə özümə sığınacaq, qurtuluş kimi düşünmüşəm. Qərib Məmmədov və havadarları gizli “hərrac” niyyətlərindən vaz keçib və gözlərini açıb razılıqları iləbu rayonda tikilmiş binalara, restoranlara, moykalara, dükanlara və həmçinin də nəhəng daş qarajlara və s. qanunsuzluqlara baxıb vəzifə və vicdan məsuliyyəti daşıyıb bu balaca dəmir qarajımı daşla hörməyə icazə versələr ora yığışacağam!
Görünən isə cənab Zeynal Nağdəliyev, cənab Eldar Əzizov, cənab Anar Quliyev Ulu öndər Heydər Əliyevin “Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir” aforizminin ideyasına tam uyğun ucdantutma rüşvət, qanunsuzluq, özbaşnalıq, saxtakarlıq pandemisinə yoluxmuş Nizami rayon İH-nin başçı əvəzi Qərib Məmmədovun mənə qarşı qanunsuz və ədalətsiz münasibətinə göz yummaqla onu “qəhrəman edirlər!” ... Bu isə Ulu öndər təbiricə xalqa xəyanətdir.
Unudulmasın! Hər yoluxma kimi məmur məsuliyyətsizliyi yoxluxmasında da məhkəmə, cinayət təqibi Profilaktikası labüddür ! Gecikirsiz..."

Xatire Quliyeva
AMEA. Fəlsəfə və Sosiologiyaİnstitutu
"Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi"
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Tarix: 20-12-2020, 09:14
Xəbəri paylaş



Xəbər lenti