Faldemiyaya İNANMAYIN ! – Falçılar virusla bağlı çaşqınlıq yaradırlar

  




İnfeksionist-parazitoloq: “ Bu, proqnozlaşdırılası problem deyil”

“Belə olsa idi, ÜST bitmə vaxtını deyərdi. Əhali belə açıqlamalara inanmamalıdır”



Koronavirus pandemiyası ölkəmizə ayaq açdığı ilk aylardan bu günə  qədər hər kəs onun sonunun gəlməsini arzulayır. Əfsuslar olsun ki, əhalinin təşvişindən istifadə edən fırıldaqçılar var. Məsələn ekstrasens və falçılar, demək olar, hər ay COVİD-19-un bitmə tarixini açıqlayırlar.  Amma hər dəfə söylədiklərinin yalan, uydurma olduğu təsdiqlənir.

Məsələn, “News24.az” saytı xəbər verri ki, 2020-ci ilin 23 may tarixində ekstrasens Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi açılayıb. O bildirib ki, yay aylarının sonuna qədər virus ortadan qalxacaq, payız aylarında isə koronavirus təhlükəsi olmayacaq. 

Amma ekstrasensin öngörüləri özünü doğrultamadı. Bir sözlə, payız aylarında koronavirus daha da geniş vüsət aldı. Yoluxanların sayı ilə bağlı rəqəmlər yüzlərdən minlərlə yüksəldi. Ölənlərin də sayında ciddi artımlar müşahidə olundu. 

Buna rəğmən onlara inanan insanlar da var. Hətta bu şarlatanların sözlərinə güvənib, arxayınlaşalanlar da az deyil.

Həmin tragikomik məsələni "Sherg.az"a dəyərləndirən infeksionist-parazitoloq Vüqar Cavadzadə deyib ki, hələ ilk aylarda bəzi həkimlər də belə proqnozlar verirdilər:

"Deyirdilər, koronavirus mart ayında bitəcək, yay gəlsin yox olacaq. Buna bənzər açıqlamalarla çıxış edirdilər. Bəs, hansı özünü doğrultdu? Heç biri. Çünki onların əksəriyyəti infeksionist deyildi.

Digər sahələrin mütəxəssisləri idi. Pandemiyanın nə vaxt bitəcəyini  heç kim bilə bilməz. Burda epidemik proqnozlaşdırma söhbəti yoxdur.

Çalışmalıyıq ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə işlər görək. Ölkədə tətbiq olunan sərt karantin rejimi, izolyasiya qaydalarına əməl etməyimiz infeksiya ilə mübarizədə görülən qeyri-ciddi profilaktik işlərdir. 

Hazırda ciddi tədbirlərin görülməsi  mümkün deyil. Çünki vaksinasiya  ölkəmizə gəlib, çatmayıb.

Ona görə camaat arxayın olmasın ki, pandemiya martda yaxud apreldə qurtaracaq. Heç mən də bilmirəm nə vaxt sona çatacaq. Bu məsələ proqnozlaşdırılası problem olsa, elə Ümumdünya Səhiyyə Təşkilatı bitmə vaxtını deyərdi. Əhali belə açıqlamalara inanmamalıdır. Sadəcə qaydalara əməl etsinlər. Nə vaxta qədər davam edəcəksə, o zamana kimi qaydalara riayət olunsun”.
Tarix: 18-12-2020, 20:43
Xəbəri paylaş



Xəbər lenti