Tanınmış müğənni Nura Suri Səhiyyə Nazirliyinin fəaliyyətindən şikayətlənib.
Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi apteklərdə xəstələrin dərman tapmadığını deyib:
“Çıxıb iki saat vaksindən danışırlar, amma 150 nəfər tibb işçisinin qidadan zəhərləndiyindən, modul tipli xəstəxanadakı kütləvi oksigen çatışmazlığından ölən insanlar haqqında danışmırlar. Məhkəməyə verən də yoxdur. İnsanları niyə öldürürsünüz? Niyə xalqa hesabat vermirsiniz? Hamını öz evində bağlamısız zatən... İnsanlar işsiz, pulsuz oturub, səslərini də çıxarmırlar. Camaat bu ölkədə dərman tapıb ala bilmir. Dərmanların qiyməti də kəlləçarxda”.
Tarix: 17-12-2020, 21:01