“Kapitalbank” İqtisadiyyat Nazirliyinin Vergi Xidmətinin səlahiyyətlərini icra edir? - NARAZILIQ!
"15 gündən sonra Vergilər Məcəlləsinə əlavə edilən 01.01.2019 tarixli 165.5 saylı maddənin 2 ili tamam olur. Həmin maddə fiziki şəxslərin pərakəndə ticarət və ictimai - iaşə obyektlərində aldıqları mallara ( neft-qaz məhsulları istisna olmaqla ) görə ödədikləri ƏDV (əlavə dəyər vergisi ) məbləğinin 10 (nağd ödənişdə) və 15 (nağdsız -kartla ödənişdə) faizinin alıcıya-istehlakçıya geri qaytarılmasını nəzərdə tutur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Prezidentin sözügedən qaydaları 21 mart 2020 tarixli sərəncamla doğrulamasını əsas tutan İqtisadiyyat Nazirliyi ƏDV -nin geri qaytarılmasını da qanunun qəbul edildiyi 01 yanvar 2019-cu ildən deyil, 1 il 3 ay sonra Prezidentin doğruladığı sərəncamın tarixindən həyata keçirməyə başladı. Qanunun icrasının 15 aydan sonra təmin edilməsi, Konstitusiyanın 149-cu maddəsinə zidd olaraq prezident sərəncamıından aşağıda tutulması bir yana qalsın, fiziki şəxs olan istehlakçıların bu ilin mayından başlayan “ƏDV sevinci” də 5-6 ay sürdü. 2 aydır vətəndaş istehlakçılar nə “edvgerial.az” portalında açdıqları şəxsi kabinetə girə , nə də yenidən qeydiyyatdan keçə bilirlər. İqtisadiyyat Nazirliyinə, yanındakı Vergi Xidmətinə edilən müraciətlər isə cavabsız qalır. Ən yaxşı halda, şikayətçiyə “Kapitalbank”a müraciət etmək tövsiyə olunur. Bəyəm “Kapitalbank” İqtisadiyyat Nazirliyinin səlahiyyətlərini icra edir? Haçandan ? İstehlakçıların hüquqlarını adi valyuta dəyişimində kobud şəkildə pozan bank indi istehlakçı hüquqlarını qorumağa təhkim edilib? ! Özü də istehlakçı hüquqlarının qorunmasına cavabdeh olan dövlət qurumu – İqtisadiyyat Nazirliyi tərəfindən? Yeri gəldi -gəlmədi , vurğulayım ki, bu bank 6 ay Prezident təqaüdünün köçürüldüyü kartıma inhisarçı mövqeyindən yararlanaraq “blok” qoyub və yalnız məhkəməyə iddia ərizəsi verəndən sonra 2 manat “rüsum” qarşılığında “blok qadağası” götürülüb. Hələ də dəyən maddi-mənəvi ziyanın ödənilməsi təmin olunmayıb . Nizami məhkəməsinin hakimi Fikrət Mirzəyev bankla necə qeyri-prosessual münasibətə giribsə, 4 ildir it-bata saldığı iddia tapılmır ki, tapılmır! Ümumiyyətlə, “Kapitalbank”ın, deyəsən, məhkəmə toxunulmazlığı hüququ yazılmamış qanunla doğrulanıb. 12 ildir borclu ƏMDK və Nizami RİH (MKTB) Bəhruz Nuriyev -10A-dakı otaqları tələbkar Qarabağ əlilinə verməkdən imtina edir ki, ora eyni ünvanda yerləşən “Kapitalbank”ın mülkiyyətindədir. Xətai məhkəməsi tələbkarın borclulara və banka qarşı iddiasını icraata götürüb yeni 21.06.2011 tarixli qətnamə ilə təmin etsə də, cavabdeh “Kapitalbank”ın Nizami filialını , ümumiyyətlə, cavabdehlikdən çıxarıb! (?) Heç demə, (indi bəlli olur ki! ) , “Kapitalbank” ƏMDK -dan, İqtisadiyyat Nazirliyindən də üstün dövlət statusuna malikdir! (?) Yəqin, elə buna görə də yeni qətnamə də 10-cu ildir icra olunmur! İqtisadiyyat Nazirliyinin yanına verilən borclu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov ( Rafiq Cəlilovu indi bu müavin əvəz edir) ali dövlət hakimiyyəti orqanlarından daxil olan tələbkar Qarabağ əlilinin şikayətinə cavab olaraq Bəhruz Nuriyev -10A-dakı otaqların “ 1997-ci il tarixində özəlləşdirildiyini” təkrar etməkdən doymur.
Nə isə, “köhnə palan içi tökməyək” . İqtisadiyyat Nazirliyinin tövsiyəsinə əsasən “Kapitalbank”ın “BirBank” onlayn tətbiqindən yararlanmaq da sonuc vermir. Bank ƏDV -nin geri qaytarılması üçün “edvgerial.az” portalında qeydiyyatdan keçməyi tələb edir. Qeydiyyatdan keçməyə isə, vurğuladığımız kimi, qadağa qoyulub. İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti iri marketlərə, məsələn, Nizami rayonundakı 50 ilin kitabxanasını “Eviniz” qarın obyektinə çevirən “fiziki şəxs” məmur-sahibkara adi bir pos-terminal , QR kodu olan kassa aparatı quraşdırmağı məcbur edə bilmirsə, daha doğrusu, etmək istəmirsə, hansı istehlakçı hüquqlarının qorunmasından danışmaq olar?"
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 17-12-2020, 09:04
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
5-08-2026, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
5-08-2026, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
5-08-2026, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar