Sabiq deputat: “Vəzifələrə qohumbazlıqla, yerlibazlıqla, rüşvətlə təyinat olduqca kadrlar da düzələn deyil...”


“Hamı səhiyyədən şikayət edir, mən də şikayət edirəm... Hər hansı bir sahənin ayrılıqda düzəlməsi mümkün deyil, ona görə ki, monopoliya olan yerdə heç nə düzəlməyəcək, vəzifələrə qohumbazlıqla, yerlibazlıqla, rüşvətlə təyinat olduqca kadrlar da düzələn deyil...”
 
Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Nazim Bəydəmirli deyib.
 
N.Bəydəmirli qeyd edib ki, hökumətə nəzarət edə biləcək parlament olmadıqca ölkədə sosial-iqtisadi vəziyyət istədiyiniz formada düzələn deyil: “Hər kim olursansa ol, təkbaşına verilən qərarlar əksər hallarda səhv qərarlar, subyektiv qərarlardır... Parlament Respublikasına keçid olsun, Nazirlər Kabineti Gürcüstan nümunəsi kimi formalaşsın, o zaman səhiyyə də düzələcək, iqtisadiyyat da, məhkəmə də hətta siz özünüz də doğru yolda getməyə məcbur olacaqsınız!”
Tarix: 16-12-2020, 00:56
Xəbəri paylaş



Xəbər lenti