“Öz evinə getmiş adamın birinə ömürlük, digərinə isə 22 il iş kəs, bu harda yazılıb? Sərhəd pozmuşamsa, siz bunu sərhəd saymısınız, əclaflar, buna uyğun məni cəzalandırardınız”
Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. Millət vəkili Dilqəm və Şahbazla yanaşı, digər əsirlərimizin də erməni girovluğundan azad edilməsinə ürəkdən sevindiyini bildirib:
“Dilqəm Əsgərovla Şahbaz Quliyevin əsirlikdən azad olunması təxminən hansısa işğalda olan rayonumuzun azad olunmasına bərabər bir hadisə idi. Öz evinə getmiş adamın birinə ömürlük, digərinə isə 22 il iş kəs, bu harda yazılıb? Sərhəd pozmuşamsa, siz bunu sərhəd saymısınız, əclaflar, buna uyğun məni cəzalandırardınız. Hər gün nə qədər sərhəd pozucusu aşkar edilir. Qaldı ki, bu sizin sərhəddiniz deyil, onlar öz evlərinə getmişdilər. Yəni bu mənada Dilqəm və Şahbaza çox ağır cəza vermişdilər və Həsəni də güllələmişdilər. Bu günə kimi isə ermənilər onları qaytarmaq istəmirdilər, Şuşa türməsindən qaçırdılar və hətta koronavirus adıyla xəstəxanaya yerləşdirdilər ki, bəhanə edib yenə onları geri qaytarmasınlar. Amma ən çox o xoşuma gəldi ki, Rusiya öz vətəndaşını ermənilərdən ala bilmədi. Amma Azərbaycan Rusiyanın vətəndaşını xilas etdi və ən böyük məsələ budur. Artıq başlarına dəmir yumruq dəyib, gözləri ovuclarına düşüb və hələ də özlərinə gələ bilmirlər. Ən çox isə yaralı halda ermənilərə əsir düşən Aminin xilas edilməsinə sevindim. Başqa vaxt bizi ittiham edirlər ki, guya əsirlərlə normal rəftar etmirik, amma rus jurnalistin gözünün qabağında avtomatın qundağıyla Amini vurub, təhqir edirdilər”.
Tarix: 15-12-2020, 11:02