Xətai "KOMİSSARI"nın işçisinə rüşvət ittihamı... - Müharibəyə qədər belələri çıxdaş edilməli idi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin işçisi Nicat İmamquluyev Sabirabad rayon sakini Ağayeva Könüldən oğlunu hərbi xidmətdə 112 saylı hərbi hissəyə saldıracağını söz verib 3900 manat rüşvəti almış daha sonra mənimsəmişdir. Şikayətçi bildirir ki, Nicat İmamquluyevlə onu daha öncə Bakı Şəhər Yol polisində işləyən və hal-hazırda Post Patrul əməkdaşı olan Saleh Məmmədov tanış edib və guman edir ki, pulu Nicat İmamquluyev alandan sonra Saleh Məmmədovla bölmüşdür. Hal-hazırda verdiyi vədə əməl etməyən Nicat İmamquluyev və Saleh Məmmədov aldıqları pulu qaytarmaqdan imtina edir və vətəndaşa hədə qorxu gəlirlər. Yuxarılarda adamımız var deyərək get nə edə bilərsən et deyən Nicat İmamquluyev-Saleh Məmmədov cütlüyü görəsən kimə arxayındır? Görəsən bunlar fikirləşmirmi etdikləri cinayət əməlinə görə onlar məsuliyyət daşıyır? Ölkənin qanunlarını qoruyan Polis işçisi və hərbçisi olan Səfərbərlik işçisi belə edəndən sonra hansı haqq ədalətdən söbət gedə bilər? Ümid edirik ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov işçisinin etdiyi dələduzluq əməlinə biganə yanaşmayacaqdır Ümidvarıq ki, Post Patrul xidmətinin əməkdaşı Saleh Məmmədovun əməlləri ilə Daxili İşlər Nazirimiz Vilayət Eyvazov ölçü götürəcəkdir. gundelik-baku.com