Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev (vergilər nazirinin sabiq müavini Namiq Əliyevin oğlu) ötən aylarda Londonda daha bir neçə daşınmaz əmlak alıb.Dominant.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.
C.Həsənli bildirib ki, daşınmaz əmlaklardan ikisi - Ladbroke Grove 131, W11 1PN və Ladbroke Crescent 25A, W11 1PN ünvanlarındakı LN11535 və BGL27593 nömrəli mülkiyyət sənədi olan mənzillər bu ilin sentyabrında alınıb:
"Alqı-satqı müqaviləsi Əbdül Əliyevin İngiltərədəki NOAP PROPERTIES LIMITED şirkəti vasitəsi üzərindən həyata keçirilib. Əmlak bu ilin yayında londonlu agentlər tərəfindən 1.000.000 funt sterlinqə (2.2 milyon manat) təklif olunmuşdu.
Keçmiş nazirin kürəkəni növbəti daşınmaz əmlakı Croydon, Thornton Heath, Parchmore Road 84a, CR7 8LZ ünvanında alıb. Əbdül Əliyevin Londonda təsisçisi olduğu OKAA PROPERTY LIMITED üzərindən əldə etdiyi əmlakın qiyməti 300.000 funt-sterlinqdir (660 min manat).
OKAA PROPERTY LIMITED vasitəsilə LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın alınıb.
Sabiq nazirin kürəkəni bundan əvvəl - bu ilin iyul ayında Nottinghamın NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən 3 mənzil üçün 1.5 milyon funt sterlinq (3.3 milyon manat) ödəmişdi. (https://m.facebook.com/story.php?story_fbid=289113485680711&id=100037461855242)
Yeri gəlmişkən, Əbdül Əliyevin Londondakı digər şirkəti BUTAROSE LIMITED şirkətinin ötən il cari aktivləri də kəskin artaraq 354.008 funt sterlinqdən 2.697.447 funt sterlinqə (təxminən 6 milyon manat) çatıb - 7 dəfədən artıq".
Tarix: 8-12-2020, 16:52