Ələkbər Əliyev: “Bu xainlər indi çətinə düşüblər və ”sülh" fəaliyyətinin pul gətirəcəyi də bilinmir"

“Bu, özlüyündə müstəqil layihədir, LGBT, feminizm, antihökumət projelərinin tərkib hissəsidir, paket halındadır”

Pasifizm mövzusu 44 günlük müharibədən sonra tamamilə mahiyyətini itirib. Əslində döyüşlər getdiyi vaxtda da heç kəs “No var” - “müharibəyə yox” deyənlərin fikrini soruşmurdu. Qərar əks-hücum əməliyyatları idi və Azərbaycan Ordusu öz işini görürdü.
Sadəcə, sosial medianın Azərbaycan seqmentində “No var”çılar dəridən-qabıqdan çıxırdılar, şivən qoparırdılar, müharibənin bizə fəlakət gətirəcəyinə inandırmağa çalışırdılar.
Artıq müharibə başa çatıb, torpaqlar işğaldan azad edilib, pasifistlərin fikirlərinin əhəmiyyəti qüvvədən düşüb, Müdafiə Nazirliyi itkilərin rəsmi sayını da açıqlayıb, xalqdan heç nə gizlədilməyib.
Əgər bu müharibə üç gün çəksəydi, o zaman “No var”çılar itkilərə görə hakimiyyəti tənqid edə bilərdilər. İndisə faktiki 2873 can sayəsində Qarabağ azad edilib, 27 illik işğala son qoymağın alternativi yoxuydu, biz 27 il xalq və dövlət olaraq sülhpərvər, pasifist mövqedə dayandıq, ancaq nə ermənilər bunu qandılar, nə dünya rəhm etdi, insafa gəldi.
Odur ki, ədaləti bərqərar etməyin yolu silahlı müqavimətdən, düşməni iti qovan kimi torpaqlardan qovmaq keçirdi. Bunu da əsgərimiz etdi.
İndi bir qrup adam yenidən coşub, cuşa gəlib, məğlubiyyətin hikkəsini göstərməyə davam edir, özlərinə bəraət qazandırmağa çalışır.
Bu polemikada həmin cəbhəyə qarşı xüsusən Azlogos.eu saytı fikir səngəri qazıb.
Yazarlar həm sözügedən portalda, həm feysbukda “No var”çılarla didişirlər. Amma indi “müharibə əleyhinə çıxıram” deməyin hansı mənası qalıb?
Biz bundan sonra müharibə əleyhinə də çıxacağıq, bölgədə sülh də istəyəcəyik. Çünki davamızı bitirdik, torpaqları geri aldıq. Bax, indi bizə sülh hava-su kimi lazımdır.
Bu polemikalarda “No var”çılara qarşı xüsusi fəallıq göstərənlərdən biri Azlogos.eu saytının baş redaktoru, yazıçı Ələkbər Əliyevdir.
Şəhid anasından nümunəvi addım: Onlara verilən 10 mini orduya bağışladı -  FOTO
O, son yazılarının birində Arzu Qeybullayevanı nəzərdə tutaraq qeyd edib ki, ermənilərlə daim qol-boyun olan, azərbaycanlı olmaqdan dərin xəcalət çəkən, bundan ötrü taleyini qınayan, bizə müstəsna nifrət edən bir qızdır:
“Şəhidlər üçün bir dəqiqəlik anım saatı olan, düz 12.00-da, bu qız öz düşüncəsinə, həyat prinsiplərinə uyğun olaraq şəkil çəkdirib, İnstaqrama yerləşdirib. Bu, onun şəhidlərə, ölkəsinə, xalqına münasibətidir”.
Bu məqalədən sonra diskussiya da da alovlanıb. Ə.Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, “No var” deyənlərin ayrıca bir qrant layihəsi olduğunu düşünmür.
Onun fikrincə, onsuz da qrant proyektləri belə tezliklə keçmir: “Biləsiniz ki, beynəlxalq şəbəkələr, təxribat ocaqları murdar olduğu qədər həm də bürokratdırlar.
Onlar pulu verəndə həmin adamlara it zülmü edirlər, qarşı tərəfi alçaldaraq, işgəncə verərək, belə deyək, üzünə tüpürərək qrantı verirlər. Elə bilirsiniz asandır? Allah kəssin belə çörəyi!
Ona görə belələrinə pul almaq heç də asan başa gəlmir. Çünki proje yazılır, aylarla müzakirə olunur, hansısa mərkəzlərə təqdim edilir və xeyli müddət gözləməli olurlar. Yəni həmin dairələr bu adamların canlarını boğazına yığırlar".
Ə.Əliyev gözlənilmədən başlayan Vətən müharibəsindən bir-iki gün sonra “No var” loqotipinin sosial şəbəkələrdə peyda olduğunu açıqladı:
“Bu, özlüyündə müstəqil layihədir. Sadəcə, şəbəkəyə məxsus çevrələrin aldığı ”Başlayın!" göstərişi idi. Ümumi layihə çərçivəsindədir, yəni muxtar proyekt hesab oluna bilməz. LGBT, feminizm, antihökumət projelərinin tərkib hissəsidir, paket halındadır.
Əslində “sülh carçı”larının bineyi-qədimdən missiyası bizi təslimiyyətə sürükləmək cəhdiydi. Onlar və xarici himayədarları sülh deyəndə bizim təslimiyyətimizi nəzərdə tuturdu.
Əksini heç cür düşünmək yox idi, yəni Ermənistan məğlub olsun, Azərbaycan qalib olsun anlayışı təsəvvür edilmirdi, ağıllarından keçmirdi.
Ona görə bu xainlər indi çətinə düşüblər və “sülh” fəaliyyətinin bundan sonra pul gətirəcəyi də bilinmir, qeyri-müəyyənlikdir.
Çünki “No var” söhbəti batıb, müharibə bitib, gora gedib. Əvəzində bu adamlar ətalət üzrə davam edirlər, çünki uduzublar, hədsiz qəzəblidirlər".
Ə.Əliyevin sözlərinə görə, xarici himayədarları da artıq bu məsələ maraqlandırmır, “bizimkilər” isə yanıqlıdırlar:
“Onlar ətalətlə, biz ədalətlə atışmağa davam edirik. Bizim müqavimət onların planlarını alt-üst etdi.
Bilmirəm nə dərəcədə, hansı miqyasda müsbət iş görə bilmişik. Amma Azloqos.eu öz işini ortaya qoydu, onlar da öz acizliklərini göstərdilər.
Biz - Azərbaycan olaraq həm ön, həm arxa cəbhədə onları bitirdik, necə deyərlər, gorbagor oldu. Bundan sonra “No var”ın anlamı qalmadı, cəhənnəmə getdi".
Yazıçı bu platformada olan personajlara diqqət çəkməyi zəruri bilir: “Azərbaycanın haqlı mübarizəsinə nifrət ətrafında guya fərqli ideoloji mənsubiyyətləri bir araya gətiriblər. Bu, nonsensdir. Solçu nasistlə necə koalisiyaya gedə bilər?
Nurlana Cəlil - 110 Saylı Zaqatala Seçki Dairəsindən Deputatlığa Namizəd -  YouTube
Nurlana Cəlil
Qarabağ müharibəsində iştirak etmiş birinin yaxını Nurlana Cəlil kimi PKK simpatizanı, terroru dəstəkləyənlə necə eyni platformada ola bilir?
Bir sözlə, dəhşətli mənzərədir. Bir qrup liberallar, millətçilər, PKK-çılar, solçular bir yerdədirlər. “No var” onları necə birləşdirə bilər? Onları Azərbaycana nifrət birləşdirir".
Emil SALAMOĞLU
Tarix: 8-12-2020, 09:07
Xəbəri paylaş



Xəbər lenti