Yaralı əsgərimiz Sumqayıt İcra hakimiyyətinin diqqətini gözləyir


Xəstəxana

Kərimduxt Tərlan Sumqayıtda Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Ceyranbatan küçəsi 129-da yaşayır.

Hərbi xidmətinin onuncu ayında müharibə başlayıb və o da döyüşlərə qatılıb. Ağır yaralanıb.
Kərimduxt Tərlan
Çox kasıb bir ailənin övladıdır. Anası yoxdur. Nənə, baba, ata və qardaşı ilə yaşayır. Əlində, qolunda, bədənində çoxlu qəlpə yarası var. Bir qəlpə ürəyinin alt hissəsində yerləşib, çıxarılması təhlükəlidir. Bağırsağının bir hissəsi və dalağı kəsilib götürülüb. Qarnından ağır yaralanıb. Ayaqlarındakı qəlpələrin xeyli sayda çıxarılmamış olanı var.
Təhlükəli olduğu üçün əməliyyat etməyiblər. Elvin bu haldaykən ona məzuniyyət verilib və qospitaldan evə buraxılıb. Qardaşı Elvinin Bizimyol.info-ya verdiyi məlumata görə, həkimlər zəng eləsə də, hələ ki, dövlət qurumlarından yaralı əsgərlə maraqlanan yoxdur. Yaraları çirk edir. Ailə maddi sıxıntı içərisindədir. Nə xəstə ata işləyə bilir, nə də 21 yaşlı Elvin karantin dövründə iş tapa bilir. Yaralı əsgərin yaşadığı evdə qaz xətti belə yoxdur. Elvin deyir xeyirxah insanlar hərdən bir maraqlanır, amma bu işə dövlətdən, Sumqayıt İcra hakimiyyətindən yardım gözləyirik.
Bizimyol.info
Tarix: 7-12-2020, 20:58
Xəbəri paylaş



Xəbər lenti