Naxçıvanda Şəhidlərin anım günündə "Siyaqut" şadlıq evində keçirilən toydan sonra bu gün rəhbərliyin göstərişi ilə toy evi sökülür.
Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumatda belə deyilir.
“Siyaqut” şadlıq evi barədə aldığımız digər məlumata görə, bu obyekt eyni adlı kəndin girəcəyındə köhnə sovxoz idarəsinin binasına əl gəzdirilərək düzəldilib.
Şaqlıq evinin əsl sahibi isə Naxçıvan MR DİN-nin müavini Səbuhi Növruzovdur. Səbuhi müəllim Naxçıvan MR Ali Məclisi sədrinin çox yaxın qohumudur.
Görünür, bu səbəbdən insident nəticəsində cəzalanan bir ofisant, bir də işlətməçi olub.
Maraqlıdır, Naxçıvanın demək olar ki, bütün şadlıq evlərində heç bir məhdudiyyət gözləniləmədən hər gün toy olur. Bəs, digər şadlıq evlərinin taleyi necə olacaq?
Tarix: 5-12-2020, 14:53