“Rasim Musabəyov kimilərini qınamaq azdır, onu görəndə...” - Partiya sədri


“Belə adamların parlamentdə olması Azərbaycan dövlətinə həqarətdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın NTV kanalına müsahibəsində Türkiyə qoşunlarının Qarabağda yerləşdirilməsinin əleyhinə çıxan deputat Rasim Musabəyovun bu mövqeyinə sərt münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

VİP sədrinin sözlərinə görə, Musabəyov kimi adamların Milli Məclisdə təmsil olunması Azərbaycan dövlətinə həqarətdir:

“Rasim Musabəyov kimilər Rusiyanın təsiri altında olan hakimiyyətdaxili qrupun müdaxiləsi ilə Milli Məclisə düşüb. Musabəyov Türkiyə əleyhinə mövqe bildirməklə, ondan deputat düzəldənlərə borcunu qaytarır.

Bu adam Müsavat Partiyasından tutmuş rusyanlılığa qədər siyasi spektrin az qala bütün cinahlarında olub. Siyasi binamusun biridir, öz simasızlığını da bu hərəkəti, fikri ilə sübut etdi.

Azərbaycanın son hərbi uğurlarında Türkiyənin necə həlledici rol oynadığını hər kəs bilir. Musabəyov kimi simasız isə Rusiyaya yarınmaq üçün Azərbaycan əsgərlərini qoruyan, onu texniki baxımdan təchiz edən, müharibə günlərində daim yanımızda olan qardaş Türkiyəyə bu cür münasibət göstərməklə, öz mahiyyətini nümayiş etdirib.

Belə adamların parlamentdə olması Azərbaycan dövlətinə həqarətdir. Ona görə də Musabəyovu qınamaq azdır, adamlar onu harada görsələr, lənətləməlidirlər”.




Tarix: 4-12-2020, 16:01
Xəbəri paylaş



Xəbər lenti