Arif Babayevdən üzücü xəbər - koronavirusa yoluxdu



Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Neqativ.com bildirir ki, “MediaPost”un əldə etdiyi məlumata görə, sənətçinin vəziyyəti sabitdir. O, evdə müalicə alır.

Qeyd edək ki, 82 yaşlı sənətçi ötən il ağır əməliyyat keçirmiş, onun üçün İstanbuldan həkim gətirilmişdi.
Tarix: 1-12-2020, 11:21
Xəbəri paylaş



Xəbər lenti