Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib VİDEO


Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının Ağdamdakı məzarını ziyarət ediblər.
Musavat.com xəbər verir ki, Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləridir.
DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıtdıqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1993-cü ildə işğal edilmiş Ağdam 20 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.


 
Tarix: 27-11-2020, 14:04
Xəbəri paylaş



Xəbər lenti