Onun oxuyarkən özünü çəkdiyi video sosial şəbəkələrdə ən çox paylaşılanlardan oldu.
HİT.Az xəbər verir ki, söhbət 22 yaşlı gizir Xudayar Yusifzadədən gedir.
Vətən müharibəsinin iştirakçısı olan Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. Xudayar anadan olandan 24 gün sonra atasını itirib, nənəsinin himayəsində böyüyüb. Xudayar Yusifzadə Bərdə 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar verib. O, oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.