“Sosial çağırışdır ki, Dağlıq Qarabağda işğaldan azad olunmuş yaşayış məntəqələrindən biri, məsələn, Hadrut Heydərşəhər adlandırılsın”.
Pravda.az-ın xəbərinə görə, bu təkliflə REAL TV-nin rəhbəri Mirşahin Ağayev çıxış edib.
M.Ağayev qeyd edib ki, Ali Baş Komandanın Ümummilli liderə vəsiyyətini yerinə yetirdiyi barədə verdiyi hesabat qoy tarixdə həm də bu adla qalsın: “İşğal altından çıxarılan yaşayış məntəqələrindən birinə İlhamlı adı verilsin. Niyə də olmasın? Axı bu parlaq, hər yeriylə sayrışan ümumxalq qələbəsinin memarı var. O, İlham Əliyevdir! Əbədiləşdirmədə müttəfiqlərimizin də yeri yuxarı başda olmalıdır. Türkiyə Azərbaycanın mənəviyyat ərazisinin tərkib hissəsi oldu. Böyük Türkiyə Rəcəb Tayyib Ərdoğanın timsalında özü boyda Azərbaycana çevrildi”.
Tarix: 16-11-2020, 08:43