Arif Hacılı: "İnterneti bağlamağın anlamı nədir, yazan onsuz da yazır…"




"İnterneti bağlamağın anlamı nədir? Yazan onsuz da yazır, video paylaşan videosunu paylaşır".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, müxtəlif VPN-lərdən istifadə informasiya təhlükəsizliyini daha da zəiflədir: "Beynəlxalq miqyasda internet üzərindən fəaliyyətimiz məhdudlaşıb, sosial mediada gedən müzakirələrdə əl-qolumuz bağlanıb. Pandemiya dövründə vacib olan onlayn əlaqələr, xüsusilə onlayn təhsil sistemi iflic vəziyyətinə düşüb. DTX-nin hərbi sirr hesab olunan video və digər məlumatların yayılması ilə bağlı xəbərdarlığından sonra bu istiqamətdə tədbirləri bir qədər də sərtləşdirməklə interneti açmaq lazımdır".
Tarix: 6-11-2020, 21:46
Xəbəri paylaş



Xəbər lenti