ABŞ-da yaşayan sabiq spiker: “Elə etmək lazımdır ki, Laçın dəhlizindən heç quş da uçub keçməsin”


“Dağlıq Qarabağ və ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində bu masştabda silah-sursatın cəmləşdirilməsi Ermənistanın Azərbaycana qarşı müharibəyə çox ciddi hazırlaşdığından xəbər verir. Çünki bu qədər silah-sursatı müharibə başlayandan sonra Qarabağ ərazilərinə Laçın dəhlizindən gətirmək praktiki mümkün deyil. Nəinki hamısını, heç 15 faizini belə gətirmək mümkün deyil. Hərbi əməliyyatları çətinləşdirən yüzlərlə istehkamların qurulması, lağımların qazılması və sair mühəndis istehkamçı tikintilərin həyata keçirilməsi ermənilərin bu torpaqları heç vaxt Azərbaycana qaytarmaq fikirində olmadıqlarına dəlalət edir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.
 
R.Quliyev qeyd edib ki, indi Paşinyanın cinayəktarlarla Şuşada yallı getməsi, "Qarabağ ermənistandır, nöqtə" deməsinin səbəbi məlum olur: “Ermənilər birinci gündən Azərbaycan ordusuna sarsıdıcı zərbə vuracaqlarına və  Kür çayına qədər qovacaqlarına inanırdılar. Sonra Azərbaycanı istədikləri müqaviləyə imza atmağa məcbur edəcəklərinə əmin idilər. Amma alınmadı! Erməni sözü ortaya çıxandan bu günə qədər heç bir döyüşdə qalib gəlməyən, "mənə dəymə gedim öz erməni qardaşlarımı öldürüm" deyənlər hansı tarixi qələbələrinə güvənib Ermənistan ordusunu "məğlub edilməz ordu" adlandırırdı? Rusiya Federasiyasının silahlarının hamısı Sovet dövründə  istehsal edilmiş və ya lahiyələşdirilmiş silahlardır. Bu gün məhv edilmiş KUB raket sistemi 1985-ci ildən sonra istehsal olunmur. Müstəqil Rusiya Federasiyasında yeganə istehsal olunan Armata adlı tank lahiyə qüsurlarına görü bu günə qədər istifadə edilmir. Hərbi təyyarələrindən isə heç söhbət gedə bilməz. Hamısı Sovet layihəsi əsasında hazırlanıb. Yazıldığı kimi bizim ordu Laçın dəhlizinin 12 kilometrliyindədirsə, o zaman dəhlizi tank, artilleriya, “Qrad”, “Smerç”, hətta minomyotlar belə vura bilər. Onlardan başqa hərbi dronlar, hərbi təyyarələr və sairə. Bir sözlə elə etmək lazımdır ki, o dəhlizdən heç quşda uçub keçməsin. Bu gedişlə Azərbaycan ordusu noyabrın ortalarına qədər Ermənistanı diz üstə çökdürə bilər. Ondan sonra Azərbaycan hərbi texnikasını İsrail texnologiyası ilə modernləşdirməlidir. Aydındır ki, NATO silahları, yəni Leopard tankları, F-35 təyyarələri və ya Apaçi helikopterləri Azərbaycana satılmayacaq. Ermənilərə heç satıla bilməz, çünki birinci ona NATO-nun üzvü Türkiyə icazə verməz, ikincisi isə Ermənistanda Rusiya Federasiyasının hərbi bazası mövcuddur. 1967-ci və 1972-ci illərdə İsrail Misirin 1500-ə qədər T-55 tankını ələ keçirmişdi. Bu tankları “metallom”a vermədi. Zirehini 2 dəfə artırdı. Sadəcə olaraq, bir dəfə doldurulan yanacaqla 400 km gedən tanklar, 200-250 km gedə bilərdi. Ancaq həm o dövrdə , həm də indi qonşuluqda faktiki İsrail tanklarının bronunu deşə bilən silah yoxdur. Azərbaycanın tankları vurulması mümkün olmayan monstrlara çevrilməlidir. Bu bronu dağıda bilən ABŞ "Jevelin" tipli tank əleyhinə raketlər yoxdur və yaxın vaxtlarda da olmayacaq. Ordumuzun hazırlığı, texniki bazası bizim yaramaz qonşularımızı bir də bizimlə müharibə etməyə cəsarət etməmək fundamenti yaratmalıdır”.
Tarix: 4-11-2020, 08:01
Xəbəri paylaş



Xəbər lenti