Hikmət Hacıyev:"Adıma saxta profillər yaradılıb"


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.
Bu barədə Hikmət Hacıyev tvitter hesabında yazıb.
“Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır”, – Prezidentin köməkçisi bildirib.

 
Tarix: 2-11-2020, 07:39
Xəbəri paylaş



Xəbər lenti