Azərindən türk dünyasına sərt sözlər



Dünyaca məşhur azərbaycanlı müğənni Azərin qatıldığı televiziya proqramında gündəm olacaq ifadələr işlədib.
Publika.az xəbər verir ki, müğənni türk dövlətlərinin Dağlıq Qarabağ müharibəsində Azərbaycanı tək qoyduqları üçün qınayıb.
O, türk dövlətlərinin bu mövzuda səsinin az çıxdığını bildirib: “Bu qədər münaqişə ərzində yanımızda sadəcə Türkiyə dayandı. Amma baxırıq ki, kimsə arxamızda dayanmadı. Türk dünyası deyirik. Hər zaman dediyimiz bir şey var: İnşallah, Turan ordusu qurarıq. Amma belə olmaz. 27 sentyabrda əməliyyatlar başladı. Türk dövlətlərinin səsi nə zaman çıxmağa başladı? Çox-çox sonra... Putin danışandan sonra Türk dövlətləri də danışmağa başladı”.
Tarix: 22-10-2020, 15:11
Xəbəri paylaş



Xəbər lenti