“Bu, artıq sadəcə terror aktı yox, Ermənistan rəhbərliyinin hərbi-siyasi əxlaqsızlığının zirvəsisir. Ermənistanın layiqlı cavabını Azərbaycan özü verəcək...Ermənistanı hərb meydanında məğlub edib böyük qələbəni təmin etməklə yanaşı, digər müstəvilərdə də MAT eləmək,bu qətlamların qısasını almaq,şəhidlərimizin ruhunu şad etməkdən ötrü xalqımıza vurduğu bütün zərbə və ziyanların bədəlini ona ödətdirməliyik!”
Bunu Moderator.az-a millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.
Əli Məsimli bildirib ki, sentyabrın 27-dən başlanan İkinci Qarabağ Müharibəsinin gedişatı açıq-aydın göstırir ki, Azərbaycan Ordusu dünya hərb tarixində çox unikal bir üsul- intellektual müharibə üsulu ilə qarşı tərəfin mülki əhalisinin itkilərinə yol vermədən Ermənistatın hərb maşının sındırır, 30 ilə yaxın bir müddətdə qurulan və keçilməz hesab olunan istehkamlarını dağıdır, işğal altında olan torpaqlarımızı bir- birinin ardınca düşməndən azad edir. Oktyabrın 3-də Suqovuşanın azad adilməsi digər torpaqlarımızın da azad olunmasında açar rolunu oynamaqla, əvvəlcə Cəbrayıl, indi də Füzuli işğaldan azad olub. Bundan sonra biz artıq heç vaxt avqustun 23-nü üzümüzdə kədər Cəbrayıl və Füzulinin işğal günü kimi qeyd etməyəcəyik. Onun əvəzində qürur hissi ilə oktyabrın 4-nü Cəbrayılın, 17-ni isə Füzulinin işğaldan azad olunması günləri kimi qeyd edəcəyik.. Ordumuz bu tarıxı şansdan maksimum istifadə etməklə, tezliklə Qələbə Bayrağını işğaldan azad etdiyi digər torpaqlarmızda da dalğalandıracaq! Düşmən də bunu anlayır ki,artıq Azərbaycan ordusnun qarşısında duruş gətirə bilməyəcək və Azərbaycanın böyük qələbəsi yaxınlaşır. Şanlı Azərbaycan ordusunun bu zəfər yürüşününə müqavimət göstərə bilməyən Ermənistan bunun əvəzini cəbhə xəttindn uzaqda yerçləşən Gəncə və digər şəhərlərimizi raket atəşinə tutmaqla birbaşa mülki əhalini alçaqcasına hədəf götürməyi bundan sonrakı fəaliyyətinin əsas istiqamətinə çevirib.”
Əli Məsimli əlavə edib ki,”bir tərəfdən acı məğlıboyyətini həzm edə bilməyən,digər tərəfdən isə beynəlxalq təşkilatların ikibaşlı,bir sıra siyasi xadimlərin isə məsuliyyətsiz anti-Azərbaycan bəyanatlarından, ATƏT-in Minsk Qrupunun “makronlaşmasından” cəsarətlənən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı terroru davam etdirir. Daha çox insanın həlak olması məqsədi ilə qəsdən gecə vaxtı Gəncənin növbəti dəfə raket atəşinə tutması,aralarında iki aylıq körpə olmaqla xeyli sayda dinc əhalinin qətlamı, eləcə də dəfn mərasimdə iştirak edən insanların bombalanması qanlı terror hadisəsi olmaqla yanaşı,həm də Ermənistan hərbi-siyasi dairələrinin dövlət siyasəti səviyyəsinə qaldırdıqları çox dəhşətli hərbi cinayət,mənaviyyatsızlızlıq,simasızlıq və insanlığa qarşı əxlaqsızlığın zirvəsisir. Bu cür barbarlığı yalnız beynəlxalq terrorismin ən qəddar,ən qansız, ən alçaq tərkib hissəsi olan,terroru və müharibə cinayətini dövlət siyasətinin aparcı istiqamətinə çevirən ana və uşaq qatillərindən ibarət hərbi-siyasi rəhbərliyi olan faşist Ermənistanı törədə bilər.”
Deputat beynəlxalq ictimaiyytin bu qətlama münasibıtindən danışarkən sual edib ki, “əsas vəzifələrindən biri beynəlxalq hüququ müdafiə etmək, hərbi cinayətkarları cəzalandırmaqdan ibarət olan beynəlxalq qurumlar hardadır? Niyə bunlar özlərini karlığıa, korluğa, lallığa vurublar? Beynəlxalq təşkilatlar Gəncəyə qarşı törədilən bundan əvvəlki terror aktı zamanı olduğu kimi, bu dəfə də sussalar, bu onların erməni vandalizminə haqq qazandırması və beləliklə də Ermənistanın törətdiyi müharibə cinayətlərinə,vandalizmə şərik çıxması deməkdir. Gəncədə törədilən qətlamlar mahiyyət etibarı ilə 1992-ci il Xocalı soyqımının davamıdr. Xocalı soyqımına biganə qalan beynəlxalq təşkilatlar yəqin ki, Gəncə qətlamına da biganə qalacaq, əvvəllər olduğu kimi,bu dəfə də işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymadan atəşkəs çağırışından uzağa getməyən dişsiz bəyanatlarla kifayətlənəcəklər.”
Əli Məsimli hesab edir ki, “belə məsələrdə beynəlxalq təşkilatlardan AZərbaycanl qane edəcək ciddi nəsə gözləmək olmaz. Ona görə də Ermənistanın layiqlı cavabını Azərbaycan özü verəcək. Ermənistanı hərb meydanında məğlub edib böyük qələbəni təmin etməklə yanaşı, digər müstəvilərdə də MAT eləmək,bu qətlamların qısasını almaq,şəhidlərimizin ruhunu şad etməkdən ötrü xalqımıza vurduğu bütün zərbə və ziyanların bədəlini ona ödətdirməliyik!”
Əli Məsimli beynəlxalq ictimaiyyıtə mesaj olaraq xüsusi qeyd edib ki, “bütün sahələrdə,xüsusən də siyasətdə öz yalanlarına özü inanamaq üzərində qurulan siyasətdən və bu yalanları gerçəkləşdirmək üçün öz havadarlarına arxayın olmaq xəstəliyindən təhlükəli xəstəlik yoxdur.İrəvan öz yalanlarının əsiri və havadarlarına arxayın olmaq xəstəliyindən qaynaqlanan çox təhlükəli bir oyuna girişib.Bu oyunu pozmaqla Azərbaycan təkcə xalımız üçün yox,daha geniş miqyas və anlamda xilaskar rolunda çıxış edir.”Erməni xəstəliyi” təkcə Azərbaycan üçün yox, regioan üçün yox,xeyli dərəcədə qlobal miqyasda da çox ciddi təhlükədir. Ona görə də dünya bilməlidir ki,”erməni xəstəliyi” müalicə edilməsə,onun əsas vasitələri olan terror,hərbi cinayətlər bu dəfə də durdurulmasa,bunun zəngirvari reaksiyası bütün dünyaya yayılacaq.Beynəlxalq ictiamiyyət bilməliidr ki,rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altnda olan müqəddəs torpaqlarımızı işğaldan azad etməklə yanaşı,həm də ,”erməni xəstəliyi”ni “müalicə” etməklə Cənubi Qafqaz regionunu, Ermənistanla sərhəd olan ölkələri, ərazilərində ermənilərin kompakt yaşadığı dövlətləri uzun illərdir ki, təngə gəturmiş “erməni xəstəliyi”nin fəsadlarından da xilas edilməsinin əsasını qoymaqla daha geniş anlamda xilaskar rolunu oynayır!”
Tarix: 17-10-2020, 21:37