“Gəncəyə hücum cinayətdir və mən bunu pisləyirəm” - Metyu Brayza

Ermənistan ordusunun Gəncəyə hücumunu pisləyirəm. Bu, cinayətdir.
Neqativ.com xəbər verir ki,bu sözləri Azvision.az -a açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza deyib.

O bildirib ki, mülki insanlara, mülki obyektlərə hücum beynəlxalq normalara ziddir və onların pozulmasıdır.

Sabiq diplomatın sözlərinə görə, Gəncəyə hücum onu göstərir ki, Ermənistan müharibəni udmayacağına əmindir: “Lakin, mülki insanlara hücum etmək yolverilməzdir. Bunu etmək olmaz”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.
Tarix: 17-10-2020, 15:21
Xəbəri paylaş



Xəbər lenti