Ağzına su alıb oturan və ya həqiqətləri sadəcə "pıçıldayan" məşhurlarımız - SİYAHI

Xaricdə sadəcə "yaşayan" məşhurlarımız
Faşizmin təzahürü Paşinyan hakimiyyəti və ya əlini qana bulamaq ənənəsinə sadiq xalq
İşğalçı Ermənistan ordusunun Azərbaycana qarşı zaman-zaman həyata keçirtdiyi təxribatlar, vəhşilik aktları azmış kimi indi də günahsız, əliyalın gəncəliləri hədəf aldılar.Elə Xocalıda olduğu kimi.
BiG.AZ xəbər verir ki, erməni vandalları Azərbaycana qarşı növbəti genosid aktını bu ilin 10 oktyabrnda Gəncədə həyata keçirtdi.Gözü qana susayan və faşizmi hər addımında əməlləri ilə təbliğ edən Paşinyan hakimiyyəti bu dəfə də, ənənəsinə sadiq qalaraq, əlini qana buladı.Özü də, günahsız körpələrin qanına.
Bu dəfəki hədəf günahsız, əliyalın mülki vətəndaşlar oldu. Hansı ki, elə bu vandalizm aktı Xocalıda, Qarabağda törədilmişdi.
Törəmələri belə bəlli olmayanların törətdikləri bu vəhşiliyə biganə yanaşmaq, susmaq insanlığın sonunun gəldiyini deməyə əsas verir.
Vəhşi əməlləri ilə hər zaman faşizmi təbliğ edən bu mənfurların qanının daşıyıcıları istər sosial şəbəkə hesablarındakı paylaşımları , istərsə də dırnaqarası bəyanatları ilə, nədənsə dünya ictimaiyyətinə təsir edirlər az ad olsa...
Elə “kim”liyi belə bəlli olmayan Kim Kardeş“yan” kimi...
Təbii ki, bu yalanlara inananlar da elə əsli-nəsli erməni olanlardır.Bu öz yerində.
Amma fakt faktlığında qalır.
O fakt ki, bu gün dünyanın 5 qitəsində yaşayan milyonlarla azərbaycanlının əksəriyyəti böyük uğurlara imza atıblar.Aralarında tanınmış rejissor, aktyor, bəstəkar, rəqqas, həkim, aparıcı və digər sənət sahibləri var.
Amma çox təəssüf ki, ölkədən kənarda yaşayan bəzi azərbaycanlıların nə səsini eşidirik, nə də sosial şəbəkələr vasitəsilə etdiyi payaşımlarını görmürük.
Halbuki, bu gün bütün dünyanın diqqət mərkəzində olan erməni vandalizmini həm də, sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkünür. İndi əsas şərt çoxsaylı izləyici kütləsinə sahib olmaqla qürürlanmaq deyil, torpağının , xalqının haqq səsini dünyaya çatdırmaqdır.
Sapı özümüzdən olan baltalar bir faktı unutmayın ki, siz kosmopolit olsanız belə, yalnız öz ölkənizdə sümüyünüzü kimsə atmayacaq
Əksəriyyəti də“xala xətrin qalmasın” prinsipi ilə ya balaca bir şəkil paylaşırlar, ya da iki cümlə yazıb, azərbaycanlı olmaq kimi bir “vəzifə” ni yerinə yetirirlər
Məlumdur belələrinin yaşam tərzi: Məndən ötsün, qonşuma dəysin...
Unutmayaq ki, qonşuya dəyən bəladan bizə də pay düşür.
Ayağı sıxışdığında ölkəmizdən “pay” umanlar.Umduğunuz VƏTƏN olsun gərəkir, TORPAQ olsun gərəkir...
Elə götürək, 1955-ci ildə Balakındə anadan olan azərbaycanlıların “Sehirli Xalat” filmindın yaxşı tanıdıqları “Rəşid”i- yəni Azər Qurbanovu.
Ağzına su alıb oturan və ya həqiqətləri sadəcə "pıçıldayan" məşhurlarımız
1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərində yaşayır. Aktyor "Bir məhəllədən iki nəfər" kimi filmlərdə rol alıb. Maraqlıdır Amerikada yaşayan həmyerlimiz ölkəmizə necə dəstək oldu da, biz görmədik,yoxsa o da sadə bir şəkil paylaşmaqla kifayətənməli oldu?
Bəs "Bəxt üzüyü"nün “Seda”sı necə?
Ağzına su alıb oturan və ya həqiqətləri sadəcə "pıçıldayan" məşhurlarımız
Müğənni-aktrisa Firəngiz Rəhimbəyova halbuki, 1960-cı ildə Ağdamda anadan olub. 1993-cü ildən ABŞ-ın Los Anceles şəhərində yaşayır. Amma təkcə yaşamaqla kifayətlənib deyəsən. Doğulduğu boya-başa çatdığı rayonda erməni vandallarının törətdikləri vəhşiliklər, görünür onun marağında deyil. Azərbaycanın haqq səsinin ən azı regionda lider ökələrdən olan Amerikada ictimaiyyətinin diqqətinə çatdırılmasında nəsə edə bilərdi.Amma .....
Bu “amma”ya bir çoxları daxildir.Elə “Bəyin oğurlanması” filmində Yasəmən obrazı ilə məşhurlaşan Natəvan Məmmədova da.
Ağzına su alıb oturan və ya həqiqətləri sadəcə "pıçıldayan" məşhurlarımız
Müxtəlif filmlərdə yaddaqalan obrazlar yaradan azərbaycanlı aktrisa 1997-ci ildən İsraildə yaşayır.İstər Qarabağ, istərsə də, Gəncə hadisələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında ağzına su alıb oturanlardandır.
Ağzı su ilə dolu olanlardan biri də, fəaliyyətini Türkiyədə davam etdirən və ara-sıra Azərbaycana gəlişi ilə sanki “mən də varam və sizdənəm” demək istəyən model Günay Musayevadır.
Ağzına su alıb oturan və ya həqiqətləri sadəcə "pıçıldayan" məşhurlarımız
İstənilən mövzu ilə özünü gündəmdə saxlamağı “bacaran” azərbaycanlı model erməni vandallarının hədəfində olan Tovuz rayonundandır.O, Tovuz ki, bu ilin iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alındı.Və bu hədəf 76 yaşlı mülki şəxs rayonunun Ağdam kəndinin sakini, ƏzizƏzizovun qətlə yetirilməsi ilə nəticələndi.
Məlumdur ki, mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni dığalarnın ənənəsidir onsuz da.
Erməni faşizmi və barbarlığına susanlardan biri də azərbaycanlı model Nigar Talıbovadır.
Ağzına su alıb oturan və ya həqiqətləri sadəcə "pıçıldayan" məşhurlarımız
1975-ci ildə Bakıda andan olan Nigar Türkiyədə modellik etməklə yanaşı, həmçinin Türk-Amerika İşadamları Dərnəyinin sədridir. Deyiləcək söz yox ! Hər şey göz önündədir.Bütün çılpaqlıqları ilə.
Məsələ podiumda hər hansısa bir markanı bədənilə nümayiş etdirəcək qədər asan deyil bəlkə də. Amma o bədəndə daşıdığın ürəkdə Azərbaycan sevgisi olmalıdır.Yoxsa erməni vandalizminin Qarabağda və ətraf rayonlarda həyata keçirtdiyi vəhşilklərə susmaqla doğulduğun Bakıya xəyanət edirsən
Unutmaq olmaz Bakı daha göz yaşlarına inanmır.Elə Moskva kimi....
Türkiyədə yaşayan digər məşhur azərbaycanlı Nəsrin Cavadzadə də, uzun tənqidlərdən sonra sosial şəbəkə hesabında “Yurdum-yuvam məskənimsən” ifadəsini yazmaqla özünü sığortaladı.
Ağzına su alıb oturan və ya həqiqətləri sadəcə "pıçıldayan" məşhurlarımız
1982-ci ildə Bakıda anadan olub Nəsrin. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Demək ki, qanlı yanvar hadisələrini gözü ilə görüb.Bəs o gözlər indi niyə həqiqətləri hayqırmır,bağırmır? Heç olmasa pıçıldamalıdır da.
Fəxri ad üstündə bütün günü dava edən bəzi yerli məşhurlar da, “ ver yeyim,ört yatım, gözlə canım çıxamasın” startegisyasını nümayiş etdirirlər.İstisalar var təbii ki.Amma indi həqiqətləri dünyaya çatdırmaq zamanıdır.Qışqırmaq, bağırmaq anıdır.
Beynəlxalq ictimaiyyətin , ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməməsinə siz də qoşulmayın!
Əksinə haqq səsinizi dünyada eşitdirin.Nə də olsa, bizdən bir kynək daha yaxınsız həqiqətləri bağırmağa...
Tarix: 12-10-2020, 17:17
-
Bu gün, 10:52
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
-
Bu gün, 09:57
“Kəpəz Hospital”ın ambulansı xəstə yox, sənəd daşıyırmış...
-
Bu gün, 09:39
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
-
Bu gün, 09:31
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
-
Bu gün, 09:20
“Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq: Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir”.
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib