Günün fotosu: "Gəl, əmilər sənə su versin, iç, qorxma"


Gəncə. Bu gün. Raket hücumundan bir az sonra. 3-4 yaşı olar bu cocuğun. Əsgər əmisi su verir. Qorxub. 
O, hələ nə baş verdiyini bilmir, bircə onu bilir ki, gecə yatdığı yerdə yer-göy lərzəyə gəldi, partlayış oldu, aləm bir-birinə qarışdı, onu kimsə dağıntılar arasında qalmaqdan xilas etdi. 
Belə şəklin bənzəri ermənilərdə varmı? Görülməyb. 15 gündür Qarabağda müharibə gedir, Ermənistan ərazisinə çovumuş güllə də düşməyib, amma Azərbaycanın Dağlıq Qarabağdan qıraqdakı Gəncə, Mingəçevir, Xızı, Abşeron, Tovuz, Şəmkir, Beyləqan, Ağcabədi, Tərtər, Bərdə, Daşkəsən, Füzuli şəhər və rayonları hərbi əməliyyatlar zonasına, artilleriya atəşləri poliqonuna çevrilib. 
Ermənilər də cavabsız qalmayıb. Ancaq onlar raket zərbələrimizə məruz qalan Xankəndi və Şuşada çəkilmiş belə bir şəkil ortaya çıxara bilmirlər. Çünki bizim artilleriyaçılarımız onların hərbi obyektlərini vururlar. 
Bu, elə bir müharibədir ki, mənfur düşmənin nə uşağa, nə qocaya, nə də qadına rəhmi gəlmir, bacardıqca daha çox mülki şəxs öldürmək istəyirlər. Onlar hesab edirlər ki, nə qədər çox mülki şəxs öldürsələr, ordumuzun qarşısını daha effektiv ala bilərlər. Kriminal seriallarda residivist qatillər daima qadın və uşaqları girov götürüb arxasında gizləndikləri, böyük tələblər irəli sürdükləri kimi, ermənilər də bizi "dinc əhalinizi qırarıq" deyə şantaj edirlər. 
Onların xislətləri budur və bu xüsusda biz onlardan çox fərqlənirik.

Bax, bu şəkildəki erməni uşağı olsaydı, bizim çoxumuz tam səmimiyyətlə deyərdik: "Yazıq uşaq, onun nə günahı var?"
Ermənilər isə heç vaxt belə deməzlər. Yüzdə 99-u deməz. Bəlkə biri, o da əqidəli pasifist olsa, deyə, ya deməyə. 
Tarix: 11-10-2020, 14:58
Xəbəri paylaş



Xəbər lenti