Biz gəlirik, Qarabağ!


İllərin həsrətini, könüllərin niskilini daşlara çırpıb, sənə gəlirik, Qarabağ! Ali Baş Komandanın “İrəli”əmri milyonların ürəyində əks-səda verib, bütün türk dünyasında qeyri-adi bir rezonans yaradıb. Qoy başı dumanlı Şuşa dağlarından buludlar çəkilsin, Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının, Cəbrayılın, Zəngilanın, Xocalının eynəsi açılsın üzü gülsün. Otuz ilin həsrətinə son qoyub gəlirik, Qarabağ! Canımızı, qanımızı fəda edib sənə qovuşmaq eşqindəyik.
Bu ilahi eşqin mayası vətən sevgisidi. Vətəni sevməyən insan olmaz... Bu gün səngərdəki əsgərlərimizin atdığı güllələri “Vətən” adlı bir nəğmənin döyüşən misralarına bənzədirəm. Bu gün şəhid anası göz yaşlarını silib “oğulları vətən üçün böyütmüşük, təki vətən var olsun” deyirlər. Bu gün baxça uşaqları da körpə barmaqlarını büküb yumuruqlarını qaldırıb “Qarabağ bizimdir!” söyləyirlər. Bu gün arxa cəbhədə, neft buruqlarında, fabrik və zavodlarda çalışanlar da, pambıq tarlasında, taxıl zəmisində zəhmət çəkən, tər axıdan ata-analar, bacı-qardaşlar qazandıqları uğuları Qarabağa həsr edir, “hər şey cəbhə üçün, hər şey qələbə üçün” çağırışını ümumixalq hərəkatına çevirilər.
Bu gün cəbhədən şad xəbərlər gəlir. Azərbaycan əsgərinin şücayəti, uğurlu döyüş əməliyyatları ürəklərimzidə illərdən bəri qaysaq bağlanmış yaralara ən gözəl məlhəm olur. Xeyli əvvəl Şuşada yallı gedər, Murov yüksəkliyindəki istehkamdan Azərbaycan ərazilərini qalib kimi seyr edən, bu torpağın gerçək sahibləri qarşısında şərtlər qoyan ermənilər indi hərbi texnikaları döyüş meydanında qoyub qaçır, gizlənməyə yer axtarırlar. Bax budur Azərbaycan əsgərinin gücü, qüdrəti. İndi Paşinyanın dil çıxarıb zəng vurmadığı, yalvarmadığı dövlət, nüfuzlu beynəlxalq təşkilat qalmayıb. Erməni yalına hürən bəzi beynəlxalq qurumlar bəyanatlar qəbul edir, tərəfləri dərhal atəşi dayandırmağa, münaqişəni danışıqlar masasında həll etməyə çağırırlar. Soruşmağa haqqımız çatır ki, sülhpərvər cənablar bəs 30 ildən bəri səsiniz niyə çıxmırdı? Erməni faşistləri Xocalıda soyqırım törədib körpə uşaqları, ixtiyar yaşlı qocaları qətlə yetirib soyqırım törədəndə, kəndlərimizi, şəhərlərimizi, tarixi abidələrimizi, mülki-mədəni abidlələrimizi odlara qoyub xaraba qoyanda, bir milyon insan doğma ev-eşiyindən perik salıb qaçqın və məcburi köçkünə çevirəndə siz harada idiniz. Hansı restoranda badələrə arorat konyakı doldurub erməni cəlladlarının törətdiyi əməllərə sağlıq deyirdiniz. Yetər! Daha keçməz! İndiki zaman o zaman deyil! Bu gün bütün Azərbaycan xalqının canından artıq sevdiyi, ətrafında sıx cərgələrə birləşdiyi Prezidentin, Ali Baş Komandan İlham Əliyev sülh yaratmaq üçün yalnız sadə bir şərti var. Ermənistan silahlı qüvvələri Qarabağdan, bütün Azərbaycan ərazilərindən tamamilə çıxmalıdır. BMT-də, ATƏT-də,digər beynəlxalq təşkilatlarda da niyə sadə həqiqəti görməzdən gəlirlər. Axı Azərbaycan əsgəri başqa bir dövlətin yox, öz vətənində öz ərazilərini işğaldan azad etmək üçün döyüşür. Sülh yaratmaq istəyənlər qoy zəhmət çəkib işğalçıya desinlər ki, sənin başqa dövlətin
ərazisində nə işin var, sənin apardığın müharibənin məqsədi nədir? Erməni havasına oynayan “sülhməramlı” təşklatlar boş vədlərlə, yalan sözlərlə imitasiya xarakterli sülh danışıqları ilə 30 ilimizi oğurladırlar, bizi çox yubatdılar.
Beynəlxalq təyziqlərə, güclənən təsirlərə müdrik diplomatiya bacarığı ilə cavab verən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin polad idarəsi bu gün Azərbaycan ordusunun gücünə güc qatır, xalqın bir məqsəd uğrunda sarsılmaz vəhdətinə güclü stimul yaradır. Xalqda və orduda döyüş ruhunu indiyədək olmayan ən yüksək səviyyəyə qaldırır.
Ordumuz doğma yurdu işğaldan azad etmək, üçrəngli müqqədəs bayarğımızı Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə... dalğalandırmaq üçün başladığı yürüşünü inamla davam etdirir. Bu müqqədəs savaşda verdiyimiz itkilərə təəssüflənsək də, sarsılmırıq. Müharibə qansız-qadasız olmur. Xalqımız vətən qarşsında öz borcunu şərəflə verib əbədiyyətə qovuşan şəhidləri böyük izdihamla, sonsuz ehtiramla dəfn edir. Şəhid məzarları üstündə dəyərli fikirlər səslənir. Qeyrətli vətən oğlulları qarşıssında and içirlər ki, rahat uyuyun, qəbriniz nurla dolsun, yeriniz məkanınız cənnət olsun! Müqqədəs ruhumuza and içirik ki, vətənimizin son qarış torpağını işğaldan azad etməyincə, yağı düşmənin murdar işlərini vətən torpaqlarından tamam silməyincə, sizlərin qisasını layiqincə almayınca silahımızı yerə qoymayacayıq!!!
Biz gəlirik, Qarabağ! Bağışla bizi, günahlarımızı yumağa gəlirik. Düşməndən intiqam almağa, yaralarına məlhəm olmağa gəlirik. Susuzluqdan dodaqları çat-çat olan bir təşnənin çağlayan dupduru bir bulağa qovuşmaq sevinci gözləyir bizi. Mərd oğullarımızın, qəhrəman Azərbaycan əsgərinin qazanacağı QƏLƏBƏNİ səbirsizliklə və həm də böyük ümidlə gözləyirik.
Lazım Quliyev
“Azərbaycan”.

Neqativ.com
Tarix: 9-10-2020, 07:29
Xəbəri paylaş



Xəbər lenti