Tanınmış rusiyalı aşpaz, əslən azərbaycanlı olan Stalik Xankişiyev Ermənistan ordusunun təxribatına münasibət bildirib.
S. Xankişiyev öz “Instagram” səhifəsində ölkəmizə və ordumuza dəstəyini ifadə edib.
“Ah... mən nəyi qarışdırıram, axı onların orada prezidenti yox, hansısa bir baş naziri var.
Qısası, bu yeməyin adı “Nikol alınmadı” adlanır... ha-ha-ha!!!
Bəli, unutmayın, mən azərbaycanlıyam, amma bütün millətlərə eyni gözlə baxıram.
Mən yalnız cinayətkarları sevmirəm, xüsusən də hərbçiləri... Bəs təcavüzkarları və işğalçıları kim bəyənirsə, kim mənim Vətənimə simpatiya bəsləməyimi sevmirsə, çıxışa...”(sosial şəbəkədəki izləyicilərini nəzərdə tutur – red).
Tarix: 28-09-2020, 07:04