Əbülfəz Məlikov gömrüyü yenidən ələ keçirmək üçün yeni planlar qurub?
"Ölkəmizdə aparılan kadr islahatları, gənclərin və perespektivli şəxslərin yüksək vəzifələrə təyinatı davam etdiriləcək". Bizimxeber.az-a daxil olan məlumata görə, daha bir dəyişiklik yaxın günlərdə Dövlət Gömrük Komitəsində gözlənilir. Mənbə bildirir ki, Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılması gün məsələsidir.
Vəziyyətinin çətin olduğunu bilən Səfər Mehdiyev hətta barəsində informasiyaların mətbuatdan yığışdırılması üçün ən üst düzəndə olan mediadakı dostlarından kömək belə istəyib. Mehdiyevə konkret dəstək verilib. Hamı susub demək olar. Amma mənbə bildirir ki, bu addımları onu qorumayacaq.
Səfər Mehdiyevin postuna hazırda Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovun təyin ediləcəyi barədə məlumatlar var. Azər Məmmədov uzun illər gömrük sistemində çalışıb və hazırda bu sahədə olan ciddi problemlərin varlığından xəbərdardır.
Həmçinin qeyd olunur ki, Azər Məmmədov uzun illər Gömrük monopolisti olan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla yaxın əlaqələrə malikdir. Bu təyinatda Azər Məmmədova Məlikov kimi dostlarının böyük dəstək verdiyi bildirilir.
Daha ətraflı yaxın günlərdə.
Qarşı tərəflərin açıqlama haqqını tanıyırıq.
Teref.az
Tarix: 28-09-2020, 06:57