Bir neçə gündür ki,Nizami rayon İcra Hakimiyyətinin iyulun 11 vəzifəsindən azad edilmiş başçısı Arif Qasımovun hələ də rayonu ofisindən idarə etməsi barədə məlumatlar yayılıb.Məlumatlarda bildirilir ki,Arif Qasımov rəsmən başçı vəzivəsində olarkən hansı şəkildə fəaliyyət göstəribsə, bu gün də eyi qaydada işini davam etdirir: “Əlbəttə, bütün bunlardan ölkə rəhbərliyinin xəbəri yoxdur. Arif Qasımov işdən azad olunanadan sonra rayon ərazisində – İcra Hakimiyyətinin binası yaxınlığında özünə tikdridiyi dəbdəbəli ofisə yerləşib. Bu binaya həm də “Qasımov qalası” deyirlər. Fərq yalnız odur ki, dünənə qədər göstərişlərini İcra Hakimiyyətinin binasındakı kabinetindən verirdi, bu gün rayonu şəxsi ofisindən idarə edir.Sözügedən məlumatlarda həmçinin qeyd olunur ki, A.Qasımovun qeyri-rəsmi göstərişlərini canla-başla yerinə yetirən əsas adamlardan biri İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovdur. Bu o adamdır ki, Qasımov vəzifədə olarkən onun “qara kassası” kimi tanınırdı. Əksər qanunsuzluqlarda T.Tahirovun böyük iştirak payı var: “Arif Qasımovun bügünkü ofis heyətinin digər əsas üzvləri isə başçının birinci müavini Qərib Məmmədov, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev və Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Vaqif İmanovdur. Bu adamlar möhtərəm Prezidentimizin sərəncamı ilə işdən azad edilmiş Arif Qasımovun ətəyindən bərk yapışıblar. Arif Qasımov şəxsi ofisində hansı qərarları qəbul edirsə, adıçəkilən şəxlər həmin qərarın icrasını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar.
Aktualinfo.org-un başqa mənbələrdən əldə etdiyi məlumatlara görə mətbuatda göstərilənlər həqiqəti əks etdirir. Lakin burada əsas canfəşanlıq edənlərın siyahısında keçmiş başçının birinci müavini olmuş Qərib Məmmədov istisnadır. Məlumatlara görə Qərib Məmmədov səhhəti ilə əlaqədar son aylar heç işə də çıxmır və yaşı ilə əlaqədar təqaüdə çıxacağı,yəni canını qurtaracağı günü gozləyir.Lakin İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovun, Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Vaqif İmanovun və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevin vaxtaşırı sabiq İcra başçısının görüşünə getdikləri dəqiq məlumatlardır.Məlumatlara görə onlar Arif Qasımovun görüşünə müdir kimi yox,bir ağsaqqal kimi gedir, hətta ona “ağsaqqal”kimi müraciət edirlər.Bu görüşlərdə onlar əsasən keçmiş işləri müzakirə edirlər.Ötən yazılarda da qeyd etdiyimiz kimi keçmiş İcra başçısı bir çox qanunsuzluqları Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin əli ilə həyata keçirib. Ramsin Abdullayev Arif Qasımovun göstərişləri ilə Nizami rayon ərazisində yaşıllıqları məhv etmiş,torpaqlar satmış,yerində müxtəlif obyektlər tikdirmişdir.Bununla bərabər keçmiş başçı rayon ərazisində abadlıq və təmir işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin tender yolu mənimsənilməsini də Ramsin Abdullayevin əli ilə həyata keçirmişdir.Məlumatlara görə “ağsaqqalla” görüşlər zamanı düşdükləri məhz bu kimi vəziyyətdən çıxış yolları arayırlar.
Bəs Arif Qasımov nə vaxtdan Nizami rayonunda ağsaqqallıq missiyyasına başlayıb? Qeyd edək ki, Arif Qasımov 1965-ci ildə Naxçıvanda anadan olub.Nizami rayonuna 2000-ci illərdən təşrif buyurub və Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyətə başlayıb.Daha sonra Arif Qasımov 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini verərək bələdiyyə üzvü,2005-2011-ci illərdə isə sözügedən rayonda bələdiyyə sədri vəzifəsinə seçilib.İyul 2011-ci ildən Siyəzən RİH başçısı təyin edilmiş Arif Qasımov dörd ildən sonra,yəni 2015-ci ildə Nizami rayon İcra Hakimiyyətinin başına gətirilib.Bəs 55 yaşı təzəcə tamam olan Arif Qasımov Nizami rayonunda “ağsaqqal” statusunu necə alıb və yaxud kim verib?
“Ağsaqqalın” tərcümeyi-halından da görsəndiyi kimi əvvəl Nizami Bələdiyyəsinin üzvü,sonra sədri olmuşdur.Daha əvvəl isə Keşlə qəsəbəsinin İcra nümayəndəsi vəzifəsində çalışıb.Həmin dövrlərdə,2000-2003-cü illərdə Nizami rayon İcra Hakimiyyətinə hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov rəhbərlik edib.2003-2005-ci illərdə isə Nizami rayonuna Abdin Fərzəliyyev başçılıq edib.Arif Qasımovun Nizami Bələdiyyəsinə sədr “seçilməsi” də məhz Abdin Fərzəliyevin sözügedən rayona başçılıq etdiyi illərə təsadüf edir.Sonra Nizami rayon İcra Hakimiyyətinə Arif Qasımovun daha bir yerlisi təyin olunur. Mehbalı Əliyevin sözügedən rayonuna 2005-2009-cu illərdə başçılıq etdiyi dönəmlərdə yol verdiyi bir çox qanunsuzluqlarda Bələdiyyə sədri kimi Arif Qasımovun da payı az olmayıb. Amma himayədarı Abdin Fərzəliyevin sayəsində cəzadan qurtula bilib.Xatırladaq ki,Arif Qasımovun tez bir zamanda işdən çıxarılmasının, sələfi Mehbalı Əliyevin vəzifəsindən kənarlaşdırılması arasında çox oxşarlıq var.Belə ki,Nizami rayon İcra Hakimiyyətində anoloji hal vaxtı ilə,hələ 2009-cu ildə də yaşanmışdı.Rayonun həmin dövrdə İcra başçısı olmuş Mehbalı Əliyev də Arif Qasımovun buraxdığı ciddi səhvlərə yol verdiyinə görə vəzifəsindən kənarlaşdırılmışdı. Amma Arif Qasımıv kimi yox.2009-cu ilin oktyabrında Mehbalı Əliyevin bağ evlərindən tonla qızıl,nağd pullar,bahalı avtomobillər kolleksiyası və 300 milyon manat dəyərində mal-mülkü aşkarlanmışdı.Hələ 2009-cu ildə…
Bütün yuxarıda qeyd etdiklərimiz Arif Qasımovun Nizami rayonunun ərazisini çox yaxşı tanıdığını deməyə əsas verir. Amma bunlar Arif Qasımova Nizami rayonun ağsaqqalı olmaq statusunu verirmi?
Arif Qasımov Nizami rayonunda xeyriyyəçilikdə deyil,talançılıqda ad çıxarıb. Elə bu talançılığının da qurbanı olub. Arif Qasımov həm də tamahının qurbanı oldu.Arif Qasımov Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi işlədiyi qısa müddət ərzində dövrü mətbuatın yazdığına görə saymaqla bitməyən mülk sahibi olub,bir çox rayonlarla yanaşı, şəhərin ən gözəgəlimli yerlərində çox sayda torpaq sahələri, eləcə də həcmi on milyonlarla ölçülən nəğd pul vəsaiti əldə edib. Hansı yollarla? Nizami rayonun ərazizisində metr-metr boş torpaq sahəsələrini satmaq yolu ilə. Arif Qasımov həm bələdiyyə sədri işləyəndə,həm də İcra başçısı olanda Nizami rayonunda yaşıllıqlar demək olar ki,məhv etdirib, yerində kafe,restoran,ticarət mərkəzləri tikdirib.Arif Qasımovun ağsaqqallıq missiyası budurmu?
Aktualinfo.org
Tarix: 22-09-2020, 21:46