Milli Məclisin deputatı Etibar Əliyev həmkarı Elman Nəsirovun səsləndirdiyi fikrə görə üzr istəməsinə münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, E.Əliyev deyib: “Deputat deyir, sonra üzr istəyir! Deputat üzr istəyir, sonra deyir! Publika üçün hansı yaxşıdır? Deputat da daxil olmaqla hamı emosiyasının və ağlının sərhəddini ölçməyi bacarmalıdır”.
Qeyd: E.Nəsirov Milli Məclisdə səsləndirdiyi "Əfv Məsələləri Komissiyanın üzvü olan bir deputatın sürücüsü kimlərinsə əfv siyahısına salınmasına nail olurdu” fikrinə görə həmkarlarından üzr istəyib.
Tarix: 18-09-2020, 08:49