Türkiyədə qətlə yetirilən "qanuni oğru" Lotu Qulinin qardaşı Namik Səlifov özünü mərhumun varisi elan edib.Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.Nəşrin yazdığına görə, Merab Mzerelua və Masi Qvaramiyanın barışmasından sonra Namik Səlifovun statusu artıb. İki “oğru” arasında vasitəçinin məhz Namik Səlifov olduğu deyilir.
Qardaşı Lotu Qulidən fərqli olaraq Namik Səlifov böyük "sxodka"larda iştirak etməyib və danışıqlara meyilli şəxs kimi tanınır. Onun bir çox avtoriteti hətta şəxsən, sifətdən tanımadığı da deyilir.
Kriminal aləmdə yenicə tanınmağa başlayan Namik Səlifov Uralda təsir dairəsinə malikdir. Burada onun alternativi yoxdur, üstəlik heç bir kəsin onun malik olduğu imkanlara malik olmadığı deyilir.
Namik 2012-ci ildə bir çox Lotu Quli tərəfdarının İstanbula köçməsinə şərait yaradıb, onları yerləşdirib. İndi isə Namik Lotu Qulidən qalan mirasın yeganə varisidir.
Tarix: 17-09-2020, 23:23