Politoloq Hikmət Hacızadə məmur qohumunun - Prezidentinin köməkçisinin bacısının falçıya yarım milyona yaxın pulun verilməsini “Allah ağıl versin” reaksiyasıyla qarşılayıb.Hit.az xəbər verir ki, mövzu ilə bağlı meydan.tv-yə danışan siyasətçi deyib:
“Təəssüf ki, insanlar rasional düşünmək əvəzinə, belə cəfəng işlərlə məşğuldur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Prezident köməkçisinin bacısının əlində o qədər vəsaitin necə toplanmasını araşdırsınlar. Soruşmaq lazımdır ki, bu qədər pul hardandır ki, falçıya verirsən? Əslində, bu sualı hakim verməlidir. Bəlkə, falçı inkar edəcək ki, pul almayıb, çünki bunu sübut etmək lazımdır. Rəna Ağarzayeva o qədər pulu notarius vasitəsilə verməyibsə, sübut etmək çətin olacaq. Bunlar mövhumatın yaratdığı tragikomediyadır”.
Hikmət Hacızadə Kərəm Həsənovun da illərdir vəzifədə qaldığını xatırladaraq bildirib ki, onun Prezidentin köməkçisi təyin olunması sual doğurur. Axı illərdir köhnə komandadan istefaya göndərilənlər, həbs olunanlar var, amma nədənsə Kərəm Həsənov toxunulmazdır.
"Nəzərə alın ki, Kərəm Həsənov kiçik vəzifə daşımayıb, ölkənin əmlakına nəzarət edirdi. Soruşmaq lazımdır ki, sənin bacında bu qədər pul hardandır belə axmaq iş üçün xərcləyir. Deməli, onlar üçün yarım milyon az xırda puldur”, - Hikmət Hacızadə bildirib.
Tarix: 16-09-2020, 13:29