Birinci ər Allah payıdır - Sonrakılar Şeytanın tayıdır ! Ya da ki, 6 aylıq körpəni atasız qoyan, dünya çempionu.

    


Birinci ər Allah payıdır - Sonrakılar Şeytanın tayıdır !  Ya da ki,  6 aylıq körpəni atasız qoyan, dünya çempionu.
Redaksiyamız ara-sıra mediada Zeynəb Məmmədyarova və ona sonralar həyat yoldaşı olmuş şəxslərin Gülağa Tənha (Qəmbərov) haqqında xoşagəlməz açıqlamaları ilə əlaqədar , xeyriyyəçı, iş adamına müraciyyət etmiş, onun bu söz-sohbətlərə münasibətini öyrənməya çalışmışdır. Xeyriyyəçı, iş adamı - Gülağa Tənha xaricdə geniş biznes proyektlərinə başının qarışmasına baxmayaraq, mediadakı söz-söhbətlərə "nöqtə" qoymaq üçün şəxsən Zeynəb xanıma AÇIQ MƏKTUB yazmış və onu yayımlamağı bizdən xahiş etmişdir.

Əfsuslar olsunki, cəmiyyətdə kişi ilə qadın arasında fərq yoxdur. Hər ikisi uzun sac saxlayır, şalvar geyir və ən nəhayət şirin - mənasız mövzularda ağızdolusu qiybət qırmağı xoşlayırlar... Belə ikiayaqlı canlılara qulaq asanda, elə təsəvvür edirəm ki, təfəkkürü və mədəniyyəti olmayan sovet dövrünün ucqar kənd fermasının sağıcıları öz müdürlərinin qiybətini qırırlar ...

Cəmiyyətdə şahmatcı kimi böyük hörmətə malik olan Zeynəb Məmmədyarovanın belə səviyyəsiz və məntiqsiz debatlarda iştirak etməsi təkcə onun övladları və özü ücün deyil, eyni zamanda Azərbaycan şahmatı ücün Fəlakətdir! Şahmat üzrə dünya çempionun yuxarıda qeyd etdiyimiz kimi kənd fermasının sağıcısı səviyyəsinə enməsi yolverilməzdir!!

Zeynəb, əzizim, axı mən sənə həmişə deyirdim - yenə də deyirəm! Sən Şahmat ustasısan. Şahmat barədə daniş! Ailə isə müqəddəsdir! Əsl kişi üçün ən müqəddəs yer onun ailəsidir! Ailə mövzusunu hec kimlə müzakirə etmə! Bu gün cəmiyyətdə yaranan söz-söhbətlərin səbəbkarı sən və səndəndə dünya görüşü məhdud olan - arvad kimi qiybət qıran kişilərindir!

Tanış olduğumuz ilk günlər idi... Sumqayıtdan Bakıya gedirdik. Şəhriyar irəli oturacaqda sürücü ilə söhbət edirdi. Biz isə ikimiz arxa oturacaqda bir birimizin nəvəsini duyaraq, səninlə ailəmizin xoşbəxt gələcəyindən danışırdıq... Sən əllərimi öz əllərinlə elə bərk özünə sıxmışdın ki, elə bil məni itirməkdən qorxurdun. Mən isə sənin titrəyən əllərindən öpüb, qulağına pıcıldadım. Əzizim, narahat olma, artıq sənin problemlərin yoxdur! Çünki sənin səni səndəndə çox sevən Gülağa Tənha kimi kişin var! Bu gün yenə də əllərindən öpərək təkrar edirəm: əzizim narahat olma, artıq sənin problemlərin yoxdur! Çünki sənin səni səndən də çox sevən oğlunun atası Gülağa Tənha kimi kişin var!

Əfsuslar olsun ki, mən sənə istədiyim qədər vaxt ayıra bilmiəm. Ətrafında kişilik anlayışlarından uzaq olan, alfonslar səndən öz çirkin məqsədləri üçün istifadə edirlər... Onlar ücün pul namus və ləyaqətdən daha önəmlidir! Belə cılız canlılar barədə mənə danışdıqların yaddaşıma həkk olunub. Sənin dediklərinə onu əlavə edə bilərəm ki, belə canlıların ilk məhəbbəti üstündə palan olan dördayaqlı canlı olub... Sənə olan sevgi isə həmin məhəbbətin kulminasiyasıdır. Öz tələblərini həll edirlər – “sonra isə səni minib gedirlər”... Onlar sənin kimi tanınmış Azərbaycan xanımına layiq deyillər!

Xatırlayırsanmı, Dubayda sənə aldığım həyatındakı ilk dikdaban qadın ayaqqabısını? Sizin dava - dalaşla, məhkəmə yolu ilə böldüyünüz və zəlalət içində yaşadığınız evdən də qiymətli idi ... Elə həmin gün yarışdan əvvəl sənin xoşbəxt görünməyin naminə, aldığım yüz yiyrmi min dollarlıq kostyumda doğma atan və komanda üzvləri səni tanımadılar!! O gün şahmatda uduzmağına baxmayaraq, sən dünyanın ən xoşbəxt xanımı idin... Çünkü Sənin qayğına qalan Gülağa Tənha kimi həyat yoldaşın var idi. Çox əfsuslar olsun ki, bu gün sənə brend deyib, tərifləyənlər sənə aldığım ayaqqabı qiymətində olan ev üstündə bütün Azərbaycanda səni rüsvay edirlər! Əzizim, ayaqqabılarından ucuz ev üstündə səni təhqir edən alfonslar adına layiq deyillər!

Onları Sumqayıtın qətran zavodunda, qətran çənində “xac suyuna salıb - müsəlman etmək lazımdır ki”, bəlkə onda boş başları qətranla dola, qadınla üstündə palan olan dördayaqlı canlı arasındakı fərqi duyalar!

Gülağa Tənhanın var – dövləti sənə və sənin üç balana qurbandır! Razı olmaram ki, mənim “Sarı gülüm”- oğlumun anası, Allahdan savayı kimsədən asılı olsun! Azərbaycanda və dünyanın ən səfalı guşələrində yüzlərlə mənzil, ev və villalarımız var.

Yaşa! Qəm - qüssəsiz xoşbəxt yaşa! Həyatını mənalı yaşa, xoşbəxt ol! Sənin xoşbəxtliyin - elə mənim xoşbəxtliyim deməkdir!

Əzizim, sənin xoşbəxt və qüssəsiz günlərindən bir anı xatırlamaq yerinə düşərdi .

Bizim toyumuz ərəfəsində möhtərəm prezidentimiz İlham Əliyev cənabları sənə Bakının mərkəzində, Səməd Vurğun kücəsində beş otaqlı mənzil bağışladı. Gülağa Tənha isə həmin mənzilə yarım milyon dollardan çox pul xərcləyib, sənin ücün brend İtaliya mebeli, brend qablar aldı... Hətta səninlə birgə secdiyimiz sarı rəngli brend əl - üz dəsmallarıda yadımdadır! Bax onda sən sözün əsil mənasında xoşbəxt idin - BREND idin!

Sən məhkəməyə ərizə yazıb, məndən xəbərsiz ayrılanda, 6 aylıq körpəmizi atasız qoyanda, mən heçnə demədim. Evdən çay içdiyim stəkanı da götürmədim! Bütün var - dövlətimi sənə - oğluma qurban etdim! Çünkü mənim var - dövlətim, xoşbəxtliyim sən və atasız qalmış, hələ danışa bilməyən “dilsiz” balam idi. Bax əsl “kefkom” kişi belə olar…

Əzizim, yer kürəsində səni layiqincə qiymətləndirən, həmişə qayğına qalan, şıltağlığına dözən bir alicənab kişi var! O da sənin ilk məhəbbətin - bulağ suyu kimi şəffaf və saf sevginin şahidi olan, əbədi ürəyində yaşatdığın və səni əbədi ürəyidə yaşadan, səni səndəndə çox sevən və həmişə çətin anlarda qayğına qalan Gülağa Tənhadır!

ilqar tenha
Tarix: 16-09-2020, 08:08
Xəbəri paylaş



Xəbər lenti