Ə"Restoranda oturmuşam. Ətrafımda yüzlərlə tanımadığım insanlar oturub. Ola bilər ki, hansısa biri hətta COVİD19 virusu daşıyıcısıdır. Hamının kefi kök, deyib gülür. Belə olan halda niyə yaxın qohumların iştirakı ilə (hansı ki, hər gün təmasdayıq) toy, ad günü keçirmək qadağandır? Biri mənə bunun məntiqini izah etsin".
Pravda.az-ın xəbərinə görə, bunu həkim, nevroloq Qalib Əsədov deyib.
"Niyə yad adamlarla oturmaq olar, amma yaxin qohum əqraba ilə, bir yerdə işlədiyin kollektiv, ailə üzvləri ilə hansısa günü qeyd etmək olmaz?" - həkim etiraz dolu sual ünvanlayıb.
Tarix: 15-09-2020, 21:27